M Hərfi :: Yuxuda MEYMUN görmək

Yuxuda MEYMUN görmək
Ad:MEYMUN
Mənası:Yuxuda MEYMUN görməyin mənası mənası yozumu nədir, yuxuda MEYMUN görmək hansı mənaya gəlir? MEYMUN ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada meymun görmək-əxlaqsız və hər cür eyib yiyəsi olan bir kimsəni ifadə edir. Yuxuda meymunla güləşmək və ona qalib gəlmək-röya sahibi xəstələnəcək, ancaq şəfa tapacaqdır. Meymuna yenilmək isə-əlacsız bir xəstəliyə işarədir. Röyada meymun görmək, bəzən də, böyük günahlara; meymunla cinsi əlaqədə olmaq-pis, xişagəlməz işlərə; meymunun yanından sivişib getmək-düşməni üstələməyə; meymun əti yemək-təzə paltar geyməyə; meymunun adamı cirmaqlaması-birisiylə qovğaya, düşmənçiliyə yozulur. Meymun röyada sehrbaz və hiyləgər bir adam anlamına da gəlir. Meymun balası-sehirbazlıqdan gəlir əldə etməyə; meymunun belinizə mindiyini görmək-bir evdən mal-pul oğurlayacağınıza əlamət sayılır. Yuxuda meymuna döndüyünü görmək-ziyankarlığa meyilli və həvəsli olmağa işarədir.

Oxunub: 2817 defe