M Hərfi :: Yuxuda MƏLƏK görmək

Yuxuda MƏLƏK görmək
Ad:MƏLƏK
Mənası:Yuxuda MƏLƏK görməyin mənası mənası yozumu nədir, yuxuda MƏLƏK görmək hansı mənaya gəlir? MƏLƏK ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada mələk görmək-qəmdən, kədərdən qurtulub sevincə, şadlığa qovuşacaqdır. Bir yerdə çoxlu mələklərin toplaşmış olduğunu görmək-o yerdə müharibə olacaq. Mələklə bərabər uçmaq-axirətdə səadətdir. Gözəl və nurlu bir mələk görmək-xeyirli və sevincli xəbərlərə; mələyi çirkin vəziyyətdə görmək-qəmə, kədərə işarədir. Mələyin yerə endiyini görmək-o yerə xeyir və bərəkət gələcək. Mələyi qadın qılığında görmək-günaha batacaqsınız. Bir mələyin sizə lənət etdiyini görmək-dində fəsada və etiqadsızlığa yozulur. Özünü mələk olmuş görmək-böyük mövqeyə yüksələcəksiniz. Cəbrayıl əleyhissəlamı görmək-əgər bir səyahət niyyətindəsinizsə, səfəriniz qəzasız-bəlasız keçəcək, düşmənə qələbə çalacaqsınız. Mikayıl əleyhissəlamı görmək-mala, mülkə və şərəfə qovuşacaq, yaxud karlı, xeyirli bir səfərə çıxacaqsınız. Əzrayıl əleyhissəlamı görmək-düşmənlərinizin birinin vəfatına içarə sayılır. Ümumiyyətlə, yuxuda mələk görmək-şərəfli və bəxtioyar ömür yaşayacağınıza yozulur.

Oxunub: 291 defe