N Hərfi :: Yuxuda Namaz qılmaq görmək

Yuxuda Namaz qılmaq görmək
Ad:Namaz qılmaq
Mənası:Yuxuda Namaz qılmaq görməyin mənası mənası yozumu nədir, yuxuda Namaz qılmaq görmək hansı mənaya gəlir? Namaz qılmaq ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.Fərz namazı qılmaq öz yerini bilməyə və sözündə durmağa işarədir. İşsiz qalan işə girəcək, küsülü olan barışacaq. Röya sahibi imamdırsa, borca düşəcək. İmama inanandırsa, bir məsələ üzündən başqa bir adam uğrunda borca düşəcək.Günorta namazı qarşılıqlı köməyə, gizli bir şeyin aşkara çıxmasına, ehtiyac və istəklərin yerinə yetəcəyinə yozulur. Çünki namaz bir işi bitirmək, istənilən şeyi tamamlamaq şəklində yozulur.Günorta namazını buludsuz və açıq havada qılmaq, röya sahibi işə başlayacaq və hamı bu işdə ona yardım edəcəkdir. O, ehtiyacı qədərincə, pula və ad sana qovuşacaqdır.Namaz buludlu və tutqun havada qılınmışsa, qayğılı və çıxıntılı xidmətə işarədir.İkindi namazı- özünün və başqasının əvəzinə and aman etməyə və ya ölməyə, həlli vacib çətin bir işə yozulur. Namaz tamamlanmazsa, röya sahibinin işlərində çətinliklər olacaqdır.Qürub namazını qilarkən günəş qeyb olmamışsa və ya batmamışsa, arzusunda olduğunuz bir işin artıq vaxtı keşmişdir. Röya sahibi namazını tamamlarsa, niyyət etdiyi işin vaxtı çatmış və niyyəti hasil olmuşdur deməkdir.Axşam (yatsı) namazı ömrün tamamına və ömrün tükənməsinə işarədir, belə ki istirahət vaxtı olduğundan, yuxuya və ya istirahətə çəkilmişdir. Anlamı ailənin məişətini təmin etməkdən ibarətdir.

Oxunub: 276 defe