O Hərfi :: Yuxuda Oğul-uşaq görmək

Yuxuda Oğul-uşaq görmək
Ad:Oğul-uşaq
Mənası:Yuxuda Oğul-uşaq görməyin mənası mənası yozumu nədir, yuxuda Oğul-uşaq görmək hansı mənaya gəlir? Oğul-uşaq ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada qucaqda gəzdirilən balaca uşaq görmək- üzüntü və kədər, həddi buluq yaşına yaxın oğlan isə, müjdəyə yozulur. Röyada həddi buluğa çatmış oğul qüvvəti və qüdrəti ifadə edir. Quran oxumağı bilən bir adamın məktəbə gedən oğlu olduğunu görməsi röya sahibi günahının bağışlanmasını istəyir deməkdir. Yuxuda yeniyetmə bir oğlu olduğunu görən adam anası tərəfindən mirasa qovuşacaq. Çoxlu uşağı olduğunu görmək üzüntü və kədəri bildirir. Görülən uşaq oğlandırsa, röya sahibinin aqibəti yaxşı, qızdırsa- pis olacaq. Subay adamın yuxuda körpə bir uşağı olduğunu görməsi o adam qüdrət və izzət sahibi olacaq, sağlam və əminamanlıq içində yaşayacaq, işində uğur qazanacaqdır. Röyada görülən kiçik uşaqlar xırda-para üzüntülərə sayılır. Qucağında qışqırıb ağlayan bir uşaq tutduğunu görən adam ud çalan olacaq. Müxtəlif yozumlara görə, röyada görülən oğlan uşaqları- var-dövlətə, xeyrə də yozulur.

Oxunub: 4753 defe