B Hərfi :: Yuxuda BALDIR görmək

Yuxuda BALDIR görmək
Ad:BALDIR
Mənası:Yuxuda BALDIR görməyin mənası mənası yozumu nədir, yuxuda BALDIR görmək hansı mənaya gəlir? BALDIR ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Baldırını dəmirdən yapılmış görən adamın ömrü uzun olacaq, şüşədən görərsə-əcəli yaxınlaşıb. Baldırının birini çəkər, digərini uzadar görmək-tam bir əcəllə ölmək deməkdir. Belə yuxu görənin qorxunc və təhlükəli bir iş görməsi də gözlənilir.Kişi yuxusunda qadın baldırı görüb onu tanıyarsa-yaxın olduğu birisiylə və ya tanış bir qadınla evlənəcək.Qadın baldırının açıldığını görərsə-o qadının möminliyinə və halının əvvəlkindən daha yaxşı olacağına yozulur.Baldırın çox qıllı olması-yuxu sahibinin çoxlu borcu olduğuna və cəza evində (dustaqxanada) öləcəyinə; baldırın əyri olduğunu görmək-arvadbazlığa yozulur.Baldır insanın malı və güzəranı deməkdir. Baldırın ağacdan yapılmış olduğunu görmək-yaşayışın, güzəranın darlığına, qazancın azalacağına işarədir. Baldırın çox gözəl olması-dostlardan biri hədiyyə bağışlayacaq.

Oxunub: 506 defe