B Hərfi :: Yuxuda BALIQ görmək

Yuxuda BALIQ görmək
Ad:BALIQ
Mənası:Yuxuda BALIQ görməyin mənası mənası yozumu nədir, yuxuda BALIQ görmək hansı mənaya gəlir? BALIQ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Yuxuda görülən balığın sayı bəllidirsə-qadına; bəlli deyilsə, çoxsa-oğurluq mala yozulur.Dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış halda görmək, onları bir-bir sudan çıxarıb yemək və ya hissə-hissə doğrayıb bölmək-o adam çıxartdığı balıqlar qədər var-dövlət sahibi olar. İri balıq-ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur.Özünü suda balıq ovlayan görmək-0fərəhli və şad bir xəbər anlamındadır. İri balıq tutmaq-mənfəət və xeyrə yozulur; kiçik balıqlar isə-əldə ediləcək gəlirin kəsilməsinə yozulur.Sazan balığı görmək-evlənməyə və xeyrə yozulur.Yatağında balıq görmək-dəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur.Bulanıq suda balıq ovlamaq-tasa, qayğı deməkdir. Balığı diri-diri yemək-yuxu görənin mal-mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.Məhrəm yerindən balıq çıxdığını görmək-yuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmışbalıq görənin duası qəbul ediləcəkdir.Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyini görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.

Oxunub: 10502 defe