Ö Hərfi :: Yuxuda ÖPÜŞ görmək

Yuxuda ÖPÜŞ görmək
Ad:ÖPÜŞ
Mənası:Yuxuda ÖPÜŞ görməyin mənası mənası yozumu nədir, yuxuda ÖPÜŞ görmək hansı mənaya gəlir? ÖPÜŞ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.

Oxunub: 444 defe