G Hərfi :: Yuxuda GÖBƏK görmək

Yuxuda GÖBƏK görmək
Ad:GÖBƏK
Mənası:Yuxuda GÖBƏK görməyin mənası mənası yozumu nədir, yuxuda GÖBƏK görmək hansı mənaya gəlir? GÖBƏK ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Yaşayışınızı təmineən ən yaxın adama, həyat yoldaşına, yaxud da öhdəliyə, mərifətə, sənətə işarə sayılır. Göbək, bəzən röya sahibinin arvadına, xidmətçisinə və ya oğluna da yozula bilər. Göbəyində pis və çirkin bir şeyin olduğunu görmək-yuxarıda deyildiyi kimi, anaya, ataya, yaxud da mala uyğun gəlir. Göbəyin açıldığını görmək-yuxu görən xəstəridsə, vəfat edəcək. Əliylə göbəyini açmaq-anbara ehtiyac üçün yığılmış buğda və ya arpa işlənib sərf ediləcək. Göbək-sirrə və sevincə, gizli işlərə də yozulur. Yuxuda göbəyinin iki olduğunu görən adam iki gözəl qadınla evlənəcək. Göbək, eyni zamanda, kişinin arvadı, oynaşı anlamına gəlir. Göbəyində çirklilik, fəna bir hal və ya ağrı hiss etmək-ərə (arvada) işarədir. Röya sahibinin ata-anası yoxdursa bu yuxu övladlarına yozulur. Göbəyinin ağrıdığını görən adam anasını və atasını itirəcək, yaxud da atasının olduğu şəhərdən uzaq düşəcəkdir. Qürbətdə bulunan bir kimsə bu cür yuxu görərsə, öz vətəninə dönəcəkdir.

Oxunub: 274 defe