K Hərfi :: Yuxuda KİSƏ görmək

Yuxuda KİSƏ görmək
Ad:KİSƏ
Mənası:Yuxuda KİSƏ görməyin mənası mənası yozumu nədir, yuxuda KİSƏ görmək hansı mənaya gəlir? KİSƏ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada xırda pul kisəsi-insanın bədəninə işarədir. Boş kisə-röya sahibinin ölümünə yozulur. Bir kimsə yuxuda belində bir kisə olduğunu görərsə, bu, o adamın həyatda faydalandığı biliklərə yiyələnmiş olduğuna işarədir. Kisənin içindəki xırda pullar qırıq və ya əzik-üzük görülərsə, bu röya biliyin az olduğunu və yuxu görənin yenidən dərs alması gərəkliyini göstərir. Kisə insanın sirrinə işarə olub, yuxuda başaşağı çevrilərsə və içindən pullar tökülərsə, bu, röya sahibinin sirrinin yayılacağını xəbər verir. Cüzdanın (kisənin) deşilməsi və pulların tökülməsi xeyrə yozulmur. Kisə, eyni zamanda, röya sahibinin sahib olduğu şeylərə və qəlb anlamına da gəlir.

Oxunub: 227 defe