K Hərfi :: Yuxuda KİTAB görmək

Yuxuda KİTAB görmək
Ad:KİTAB
Mənası:Yuxuda KİTAB görməyin mənası mənası yozumu nədir, yuxuda KİTAB görmək hansı mənaya gəlir? KİTAB ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada kitab-qüvvətə və yüksəlişə işarə sayılır. Kitab açıqsa-məşhur bir xəbər anlamına gəlir. Orta yaşlı kişilərin yuxuda kitab görmələri qeyri-adi bir kəşfə yozulur. Gənc qadın üçün-bu röya-secdiyi peşəsində uğur qazanacağını və yüksələcəyini; daha yaşlı qadınlar üçün isə rahat, sakit, xoşbəxt bir gələcəyi xəbər verir. Yuxuda kitabı örtülü, qapalı görmək-gizli xəbərdir. Oğlan uşağının əlində kitab görmək-müjdədir. Bir kimsə yuxuda kitabı cırdığını və ya kəsdiyini görərsə, o adam üzüntü və kədərdən, pisliklərdən qurtularaq xeyrə qovuşacaq. Göydən özünə kitab endiyini görən adam kitab əhlidir. Yaxud kitabda xeyir yazılıbsa xeyri, şər yazılıbsa şəri ifadə edir.

Oxunub: 2764 defe