K Hərfi :: Yuxuda KÖLGƏ görmək

Yuxuda KÖLGƏ görmək
Ad:KÖLGƏ
Mənası:Yuxuda KÖLGƏ görməyin mənası mənası yozumu nədir, yuxuda KÖLGƏ görmək hansı mənaya gəlir? KÖLGƏ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Yaz günündə röyada kölgəlik görmək-rahatlığa, bir şeydən fayadalanmağa, yaxud yüksək bir məqam sahibindən himayə görəcəyinizə yozulur. Qış günündə kölgəlik görmək-tasaya, qayğıya, kədərə, dini yasaqlara meyilli olmağa işarədir. Sərinləmək üçün kölgəyə çəkildiyini görmək-röya sahibi qayğı və tasadan qurtulacaq, qazanc əldə edəcəkdir. Qadının kölgəyə çəkilməsi-kölgə onun əridir, ərinə arxalanır, güvənir deməkdir. Əri olmayanın kölgəyə çəkilməsi-o qadın zəngin bir adama ərə gedəcəkdir. Qaynar gün istisindən kölgəyə çəkilmək-sıxıntı və qayğılardan qurtuluşu müjdələyir. Günəşə isinmək üçün kölgədən çıxmaq-yoxsulluğun daşını atmağa yozulur, çünki soyuq-kasıblıqdır.

Oxunub: 230 defe