K Hərfi :: Yuxuda KÖRPÜ görmək

Yuxuda KÖRPÜ görmək
Ad:KÖRPÜ
Mənası:Yuxuda KÖRPÜ görməyin mənası mənası yozumu nədir, yuxuda KÖRPÜ görmək hansı mənaya gəlir? KÖRPÜ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada körpü dünya nemətlərinə işarədir. Körpü üstünə çıxmaq-heyvana minməkdir. Kirəmitdən qurulmuş körpü-o yerin əhalisi zülmə məruz qalacaq, durumları pozulacaq. Çeşidi yozumlara görə, körpü-rahatlıq, arvad; kədər və sıxıntılardan qurtulmaq kimi də mənalandırılır. Körpü, eyni zamanda, zənginliyi, uzun ömrü, xəstəliyi, əhdə xilaf çıxmağı ifadə edir. Röyada küçə üzərində qurulmuş körpü görmək-körpü daş kərpic və kirəmitdən hörülmüşsə, səltənət sahibi bir adama işarə sayılır. Kiçik körpü-qapıçı və ya komandir anlamına gəlir. Yuxuda körpü olduğunu görən adam səltənət və dövlətə yetişəcək, şöhrəti və üstünlüyündən dolayı ona möhtac olacaqlar.

Oxunub: 227 defe