A Hərfi :: Yuxuda Ağac görmək

Yuxuda Ağac görmək
Ad:Ağac
Mənası:Yuxuda Ağac görməyin mənası mənası yozumu nədir, yuxuda Ağac görmək hansı mənaya gəlir? Ağac ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki:-Meyvəli ağac görmək-yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.-Meyvəsiz ağac-ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.-Ağacın növü bilinməzsə-qazanca, mənfəətə, sevincə işarədir.-Ağaclarla örtülü yamyaşıl bağça-sağlamlıq və var-dövlət bəlirtisidir.-Özünü ağacın üstündə yatmış görmək-çoxlu uşaq sahibi olmağa yozulur.-Tikanli ağac-ətrafınızdakı adamlara qarşı diqqətli olmağın gərəkliyini bildirir.-Öz bağında ağac əkmək-əkilən ağacın sayı qədər oğul-uşaq sahibi olacağınızı bildirir.-Gur yarpaqlı ağac-xoş güzəran, evdə, ailədə rahatlıq, can deyb can eşitmək deməkdir.-Dörd yanı bürünmüş çoxlu ağac görmək-yuxu görənin və dost-tanışın zənginliyinə, sərvət sahibi olacağına işarədir.-Ağacdan düşmək-xeyrə yozulmur, mal-mülk itkisini göstərir.-Ağacın qabığı-belə bir yuxu görmək, əsasən, xeyirə yozulsa da, bu yuxunu görən əgər qadındırsa və əgər evlidirsə gərək ərinə qarşı daha nəzakətli və qayğıkeş olsun. Yoxsa, ailədə əminamanlıqdan, xoşbəxtlikdən əsər-əlamət qalmaz və bunun da səbəbkarı qadın sayılır.-Ağac budağı-əgər budaq çiçək açmışsa, çox xeyirli və uğurlu xəbərə yozulur. Yuxuda quru budaq görmək-həm şərqli, həm də qərbli yuxuyozucuları tərəfindən xeyirə yozulmaz. Ancaq islam yuxu yozucularına görə, röyada görülən quru budaq da xeyirə yozulur.-Sınmış ağac budağı-Mühittdin Ərəbinin fikrincə, bu, yuxu sahibinin xasiyyətinə görə yozulmalıdır. Pis niyyətli adamlar üçün belə yuxu yaxşılığa yozulmaz. Yaxşı niyyətlilər üçün isə əksinədir. Uşaqların bu cür yuxu görməsi-həyatda uğur qazanacaqlarını göstərir.

Oxunub: 3524 defe