Q Hərfi :: Yuxuda QAMÇI (qırmanc) (ehtiyac) görmək

Yuxuda QAMÇI (qırmanc) (ehtiyac) görmək
Ad:QAMÇI (qırmanc) (ehtiyac)
Mənası:Yuxuda QAMÇI (qırmanc) (ehtiyac) görməyin mənası mənası yozumu nədir, yuxuda QAMÇI (qırmanc) (ehtiyac) görmək hansı mənaya gəlir? QAMÇI (qırmanc) (ehtiyac) ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada qamçı-gərəksinmə və istəyin ödənəcəyinə, yerinə yetəcəyinə, düşmənlərin yeniləcəyinə yozulur. Qamçı, eyni zamanda, uşağa və ürəyəyatrımlı təmiz bir dosta işarə sayılır. Göydən enən qamçı-sərt adama, qəzab və əzaba, yaxud hökmdar və dövlət başqanına da yozulıa bilər.Heyvanın quyruğundan, sağrısından kəsilərək düzəldilmiş qamçı və ya qırmanc görmək-yetgin, heybətli, gözəl və əzəmətli hökmdara və ya dövlət başqanına yaxınlıq, bu yaxınlıqdan qazanılacaq məqam və rütbə anlamına gəlir. Əgər qamçı səliqəli və qaydasında düzəldilməmişsə, bu yuxu gəzici, (səyyar) vergi məmurunu ifadə edir. Yuxuda öz qırmancı ilə öz heyvanını qırmanclamaq-yuxu görən yaşayışı, dolanşığı üçün Allah-təalaya dua niyazda bulunacaq. Qamçıyla öz atını vurub ona qoşmaq istədiyini yuxuda görən adam çətin bir işinin həyata keçməsi üçün Allaha dua edəcəkdir. Qamçı zərbəsindən bir yerinin ağrıdığını görən adamın nəsihəti təsirli olur. Yuxuda padşah tərəfindən yüz və yüzdən az qırmanc vurulduğunu görmək-o adam vurulan qırmancın sayı qədər hökumətdən yardım alıb var-dövlət sahibi olacaqdır.

Oxunub: 242 defe