Q Hərfi :: Yuxuda QAN görmək

Yuxuda QAN görmək
Ad:QAN
Mənası:Yuxuda QAN görməyin mənası mənası yozumu nədir, yuxuda QAN görmək hansı mənaya gəlir? QAN ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur. Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.

Oxunub: 13483 defe