Q Hərfi :: Yuxuda QIZIL görmək

Yuxuda QIZIL görmək
Ad:QIZIL
Mənası:Yuxuda QIZIL görməyin mənası mənası yozumu nədir, yuxuda QIZIL görmək hansı mənaya gəlir? QIZIL ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Yuxuda qızıl görmək həm Qərb, həm də Şərq yuxu yozucuları tərəfindən, ümumiyyətlə, xeyrə yozulur, firəvanlıq və sağlamlıq deməkdir. Yuxuda qızılın başqa bir mənası ümid və parlaq gələcəkdir.Qızılla bağlı digər yozumlar:Qızıl bilərzik və ya əsil qızıl-şəxsi ləyaqət hissi və xətir-hörmət get-gedə artacaq.Hər iki əlin birdən qızıl olduğunu görmək-iflic xəstəliyinin yaxşılaşacağına işarədir.İki gözün birdən qızıl olduğunu görmək-verdiyini qərar tamamilə doğru və yerindədir.Özünün qızıl zinət şeyləriylə bəzənmiş görmək-var-dövlətə və işində yüksəlməyə yozulur.Başqasından qızıl almaq-adlı-sanlı bir adamdan gözləmədiyiniz halda böyük maddi və mənəvi yardım alacaqsınız.Qızıl xəzinəsini görmək-xoşbəxtliyə və röya sahibinin istədiyi qədər oğul-uşaq yiyəsi olacağına yozulur.Bir torba qızıl görmək-yeni işlər ortaya çıxacaq və böyük miqdarda pula sahib olacaqsınız.Qızıl saymaq-qısa sürən bir xəstəlik asanca dəf ediləcək.Qızıl tökmək-bir eşq uğruna, ancaq sonradan vicdan əzabına yozulur.Qızıl zəncir-xeyir xəbər alacaqsınız.

Oxunub: 2249 defe