Q Hərfi :: Yuxuda QILINC görmək

Yuxuda QILINC görmək
Ad:QILINC
Mənası:Yuxuda QILINC görməyin mənası mənası yozumu nədir, yuxuda QILINC görmək hansı mənaya gəlir? QILINC ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada qılınc qurşadığını görmək-böyük bir vilayətə vali olacaqsınız. Qılıncın ağır olduğunu və sizi əydiyini görməniz-valisi olduğunuz vilayətdə qüvvətlənərək yüksələcəksiniz.Qılıncın asqısının kəsildiyini görmək-o vilayətin gözəlliyinə işarədir.Ərin arvadına, yaxud arvadın ərinə yuxuda qılınc verməsi-ailənizdə bir oğlan uşağı doğulacaq.Dəmir, mis, qalay və ağacdan olmaqla dörd qılınc qurşadığını görən adamın dörd oğlu olacaq. Dəmir qılınc-güclü, qüvvətli oğula; mis qılınc-zəngin və bol gəlirli oğula; qalay qılınc-qadın təbiətli qorxaq oğula; taxta qılınc-böhtançı, fəsadçı oğula işarə sayılır.Röyada qılıncı qınından çıxarmaq və onun kirli-paslı olduğunu görmək-çirkin oğlan uşağına yozulur. Qılıncın qında qırılmış olduğunu görmək-uşaq anasının qarnındaykən öləcək. Qılıncı qınından dartıb sıyırmaq, qılıncın parlaq və kəskin olduğunu görmək-röya sahibi haqq söz söylər; qılınc parlaq deyilsə-söylənən sözlər batil və mənasızdır.Röyada qılınc sıyırmaq-yuxuna görən xalqdan şahid istəyəcək və xalq tərəfindən təqdir ediləcəkdir.Qılıncın korşalıb kəsmədiyini görmək-röya sahibinin daha sözünü eşidən yoxdur deməkdir.Birisinin yuxuda üstünüzə qılınc çəkməsi-o adamın sizə deyiləsi sözünə işarədir. Birini qılıncla vurmaq və qan çıxdığını görmək-qılınc vuranın deyəcəyi söz doğrudur.Röyada görülən qılınc-ruzunu, mal-mülkü və elmi, biliyi də ifadə edir.

Oxunub: 468 defe