Q Hərfi :: Yuxuda QUR`ANİ KƏRİM görmək

Yuxuda QUR`ANİ KƏRİM görmək
Ad:QUR`ANİ KƏRİM
Mənası:Yuxuda QUR`ANİ KƏRİM görməyin mənası mənası yozumu nədir, yuxuda QUR`ANİ KƏRİM görmək hansı mənaya gəlir? QUR`ANİ KƏRİM ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada Qur`an ayələrini, yaxud Qur`an oxumaq-xidmət, şərəf, sevinc və yardımı ifadə edir. Yuxusunda əzbərdən Qur`an ozuduğunu görən adamtələblərində, şikayətində haqlıdır. O adam verdiyi sözə əməl edər, ədalətli hökm verər və pislikdən uzaq olar.Mənasını bilərək Qur`an oxuduğunu görmək-röya sahibinin ağıl və zəkasını göstərir.Cahil bir kimsə röyada Qur`an oxuduğunu görərsə, öləcək. Yuxuda çılpaq Qur`an oxuduğunu görən adam nəfsinin əsiri olan adamdır.Röyada Qur`anı yediyini görən kimsə Qur`an oxumaqla keçinən, ruzu qazanan adamdır. Qur`anı oxuyub başa çıxmaq-röya sahibi arzuladığı şeyi əldə edəcəkdir.Röyada Qur`an dinlədiyini görən bir adamın dövləti və sərvəti qüvvətli olar, hiyləgərlərdən qorunar. Bilmədiyi bir ayəti oxuyan kimsə xəstədirsə şəfa tapacaq.Yuxuda Qur`anı diliylə yalayan adam günaha batacaq.Röyada xəstənin üstündə Qur`andan surələr oxumaq-sevincə, fərəhə, ruziyə və ailədə Qur`an oxuyacaq bir uşağın doğulacağına işarədir.Röyada Qur`an oxuduğunu görən adam qüdrət və ucalığa qovuşacaq, günahkarsa-tövbəsi qəbul olunacaq, kasıbsa-varlı olacaq, borclu isə-borcunu ödəyəcək, şahidlik etməli olsa-haqqın tərəfində duracaq, onda olan bir əmanəti sahibinə təslim edəcək.Gözəl səs və avazla Qur`an oxuduğunu görmək-qüdrət, ucalıq və gözəl şöhrət yiyəsi olmaqdır.Röyada Qur`an oxuduğunu və başqalarının da onu dinlədiyini görən adam bir yerə məmur olacaq, onun əmr və yasaqları qəbul ediləcəkdir. Ölü üstündə oxunan surələri oxumaq-xəstənin öləcəyinə işarə sayılır.Yuxuda Qur`ani-Kərimi cırıb parçalamaq-Müqəddəs Kitabı inkar etməyə yozulur.Xəstə birisinin yuxuda Qur`anı-Kərimi görməsi-o adam xəstəlikdən qurtulacaq. Qur`anı-Kərimi satın alamaq-hər cür bəd əməldən çəkinib uzaq olmağa işarədir.

Oxunub: 277 defe