Sağlamlıq :: Doğuşdan sonra qadının sağlamlığında deyişiklikler

15-07-2015 16:51

Doğuşdan sonra tez-tez qebizlik emele gelir. Eger bağırsaqların normal işlemeye başlaması sizden bir neçe gün teleb ederse, bundan heç de meyus olmayın. Bu normal haldır.

Rasionunuza bişmiş çuğundur, alma, qara gavalı, kişmiş, encir ve erik qurusu, kepek çöreyi daxil edin.

Çoxlu maye için, duru qida bağırsaqların daha asan boşalmasına imkan yaradır. Hereketsizlik bağırsaq fealiyyetinin azalmasına getirib çıxarır, buna göre de imkan daxilinde qısa gezintiler edin ve ya yataqda uzanarken sade idman hereketleri edin. Lazım olarsa, işletme dermanları ve ya rektal şamlardan istifade etmek olar.

Bir çox hallarda doğuşdan sonra hemorroidal düyünler emele gelir (babasil). Bu zaman necis ifrazının müntezem olmasına diqqet yetirin, her defe bayıra gedenden sonra arxa deliyi ilıq su ile temiz yuyun. Bele hallarda hekiminiz size xüsusi rektal şamlar da teyin ede biler. Rasionunuza maqneziumla, S, K, P vitaminleri ile zengin olan qida mehsulları daxil edin.

Herden, xüsusile de doğuş ağır keçdikde, sidik ifrazında çetinlikler emele gelir. Sidik kisesinin müntezem boşaldılması uşaqlığın daha tez yığılmasına kömek edir. Buna göre de, çetin de olsa, doğuşdan 6-8 saat sonra sidik kisesini boşaltmaq zeruridir. Sidik kisesini feallaşdırmaq üçün siz imkan daxilinde yataqdan tez durmalı, bir qeder gezişmelisiniz. Eger siz metal leyenden istifade edirsinizse, xahiş edin ki, onu bir qeder qızdırsınlar. Leyenden uzanmış veziyyetde deyil, oturaq veziyyetde istifade edin. Telebat yarandıqda ise sidik kisesini nazik rezin borucuqdan (kateter) istifade etmekle boşaldırlar. Çox nadir hallarda sidiyi saxlaya bilmemek kimi veziyyet müşahide olunur. Bu zaman sidik qeyri-ixtiyari, hetta cüzi gücenme zamanı ifraz olunur.

Ürek-qan damar sistemi terefinden tez-tez rast gelinen fesadlardan biri aşağı etraf damarlarının tromboflebitidir. Tromboflebit damar daxilinde trombun (qan laxtası) emele gelmesi neticesinde damar divarlarının iltihablaşmasıdır. Tromboz tehlükesi ürek-qan damar sistemi xestelikleri, damarların varikoz genişlenmesi, piylenme, hamileliyin ikinci yarısının toksikozları zamanı daha da artır. Çox zaman tromboflebit sonrakı 2-ci ve 3-cü günlere tesadüf edir. Xestelik keskin, ayaqda güclü ağrılarla, beden heraretinin 39-400C-ye qeder qalxması, titreme ile başlayır. Bir günden sonra ayaqda şişkinlik emele gelir. Zedelenmiş ayaqda soyuqluq, qarışqa yerimesi hissi yarana biler.

Doğuşdan sonra yumurtalıqlarda deyişiklikler baş verir. Artıq doğuşdan bir neçe hefte sonra follikullar yetişmeye başlayır. Süd vermeyen ve bezi süd veren qadınlarda menstrual tsikl berpa olunur. 80% qadınlarda bütün südverme dövründe menstruasiya olmur, lakin bu bütün hallarda sonsuz dövr sayılmır. Bezen menstruasiya tsikli berpa olunmamış qadın hamile qala biler. Buna göre de hamileliyin qarşısını almaq üçün lazımi tedbirler görülmelidir.

Süd vezileri 2-3-cü günlerde ilkin süd ifraz edir ki, bu da zülal, vitamin, anticisimlerle zengin olub, körpeni müxtelif infeksiyalardan qoruyur. Doğuşdan 3-4 gün sonra süd vezilerinde qan dövranı güclenir. Bu zaman süd vezileri gerginleşir ve hecmce böyüyür. Beden heraretinin bir qeder yükselmesi müşahide oluna biler. Bütün bunlar südün emele gelmesi üçün hazırlıq dövrüne tesadüf edir. Bu prosesin stimulyasiyası ve südün geri çekilmemesi üçün körpeni emizdirmek çox vacib şertdir. Çünki bu zaman döş gilesi qıcıqlanır, bu ise baş beyinde süd ifrazı merkezinin oyanmasına getirib çıxarır. Neticede ise ana südünün hecmi çoxalır. Bu sebebden körpeni emizdirmek üçün südün ifraz olmasını gözlemek düzgün deyil. Körpeni derhal doğuşdan sonra ilkin südle emizdirmek çox xeyirlidir.

Süd vezisinin iltihabı olan mastit xesteliyi döş gilelerinin çatları zamanı zererli mikroorqanizmlerin veze daxil olması neticesinde baş verir. Bu xesteliyin profilaktikası üçün hamilelik vaxtı vezileri emizdirmek prosesine hazırlamaq ve döş gilelerini temizlikde saxlamaq lazımdır. Mastit zamanı çox vaxt yalnız bir vezi zedelenir. Xestelik keskin başlanır. Süd vezisinin hecmi böyüyür, ağrılar emele gelir, zedelenmiş nahiyede deri qızarır, beden herareti 390J-ye çatır. 1-2 günden sonra hemin nahiyede berkime emele gelir. Düzgün müalice zamanı berkime tezlikle sorulur. Müalice aparılmazsa, iltihablaşmış sahe irinleyir ve cerrahi müdaxile vasitesile irin xaric edilir. Bu halda xeste vezle körpenin emizdirilmesi dayandırılmalı, süd ya sağılmalı, ya da südsoranla sorulmalıdır. Yalnız südün sterilliye analizi verildikden sonra körpeni yeniden emizdirmeye başlamaq olar.


Oxunub: 4403 defe