Sağlamlıq :: Eroziyanın yaranma sebebleri

15-07-2015 16:54

Eroziyanın yaranma sebeblerine nezer salanda bele neticeye gelmek olar ki, o, xestelik deyil.

Yaranma sebeleri…

Eroziya – xestelik yoxsa deyil ? Bunun başlıca sebebi hormonal fonun pozulmasıdır. Bele ki, uşaqlıq boyunda eroziyanın yaranma sebebi – estrogen hormonunun seviyyesinin deyişmesidir. Buna getire bilecek bir sıra sebebler ola biler. Bir çox qadınların qebul etdiyi kontrasepsiya vasiteleridir ki, onların komponentlerinin terkibinde bu hormon vardır. Bu ise normanı pozur ve eroziyaya sebeb olur. Bir çox xanımlarda ise bu ilk defe hamilelik dövründe olur ki, bu da estrogen hormounun seviyyesinin artması ile bağlıdır.Eroziyanı diger yaranma sebeblerinden biri de infeksiyalardır. Bunlardan : xlamidioz, honoreya ve herpesin adını çekmek olar. Cinsi yolla keçen bakterial vaginoz ise, en çox yayılan vaginal infeksiyadır ki, o da, eroziyaya sebeb ola biler. Tez bir zamanda veneroloji xestelikler ve ya vaginal infeksiyaları müalice etmeye başladıqda eroziyanın yaranma tehlükesi azalmış olur.

Müalice etmek lazımdırmı?

Beli, bezi hallarda yaranma sebebleri müxtelif olan bu problem xanımlara diskomfort hissi yaşadır. Bu uşaqlıq yolundan axıntı ve cinsi elaqeden sonra qan da ola biler. Her halda her eroziyanı müalice etmek lazım deyil. Hemçini heç bir eroziya xerçeng xesteliyi ve uşaq itirme kimi halların yaranma sebeblerinden ola bilmez. Lakin bezi hallarda lazımsız cerrahi tesir de çox ziyanlı ola biler. Bele ki bu müalice üsulunda sağlam toxumaya skalpel, lazer ve kimyevi maddelerlerle bir başa tesir edilir. Her 3 növden edilen tesir zamanı sağlam epiteli de zedelene bilir.


Oxunub: 1086 defe