Sağlamlıq :: Uşaqlıq yolunun enmesi ve uşaqlıq yolunun sallanması (düşmesi)

15-07-2015 16:55

Bu xestelik de qadınlar arasında kifayet qeder yayılmış patologiyadır. Bezi hallarda uşaqlıq yolunun enmesi ve sallanması (düşmesi) ağır keçen doğuşlardan (mamalıq maşalarından istifade edilmesi, aralığın çoxsaylı cırılmaları ile keçen doğuşlar) sonra, doğuşdan az bir zaman keçmesine baxmayaraq ağır fiziki işlerle meşğul olan cavan qadınlarda, hem de cinsi orqanlarda yaşla elaqedar olaraq yaranmış olan deyişiklikler neticesinde yaşlı qadınlarda da tesadüf edilir.

Bu xesteliyin esas sebebi – çanaq dibi ve aralıq ezelelerinin cırılması, hemçinin daxili orqanları saxlayan bağların zeiflemesi ve dartılmasıdır. Uşaqlıq yolunun enmesi - piylenme, daim agır eşyaların qaldırılması ile müşayiet edilen fiziki işlerle meşğul olması neticesinde de baş vere biler.

Evvelce uşaqlıq yolu, sidik kisesinin, bezi hallarda ise düz bağırsağın bir hissesi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşmesi, adeten, tedricen inkişaf edir. İlk evvel güc verilerken agrı hissiyyatları meydana çıxır: qarının aşağı hissesinde ve belde uzun süren agrılar, sidiyi saxlaya bilmemek, qebizlik ve s. Bezi hallarda cinsi elaqe zamanı da ağrının olması baş vere biler. Patoloji hal inkişaf etdikce, uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, her hansı bir travmadan asanlıqla zedelenir, sethinde eroziya ve xoralar emele gelir.

Vaxtında ölçü götürülmezse, orqanların sallanması artmaqda davam edecekdir. Tedricen sidik kisesinin ve düz bağırsağın hisseleri daha çox sallanmağa başlayır, uşaqlıq get-gede daha aşağıya enir. Nehayet, son neticede uşaqlıq yolu, uşaqlıq, sidik kisesinin ve düz bağırsağın bir hissesi, kise şeklinde (ölçüleri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi delikden xarice çıxmış olurlar.

Ekser hallarda yalançı utancaqlıq sebebinden qadınlar xesteliyin müalicesi üçün qiymetli vaxtlarını itirerek hekime çox gec müraciet edirler. Neticede xestelik o dereceye qeder ağırlaşır ki, onun müalicesi yalnız cerrahi yolla mümkün olur. Buna qeti suretde yol vermek olmaz! Uşaqlıq yolu enmesinin ilkin elametleri aşkar olunan kimi, vaxt itirmeden hekim-ginekoloqa müraciet etmek lazımdır!

Patoloji halın müalicesi uşaqlıq yolunun enmesi derecesinden asılıdır. Bu enme çox deyilse, konservativ müalice tetbiq edilir. Bu zaman usaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq meqsedi ile xestelere fiziki gerginliyin azaldılması (xüsusen de 45 yaşından sonra), ginekoloji masaj kursu, gigiyenik beden terbiyesi ile meşğul olmaq meslehet görülür.

Xesteliyin gecikmiş formalarında hekimler cerrahi müdaxileye el atmalı olurlar. Uşaqlıq yolu divarları tikildikden sonra uşaqlıq, sidik kisesi ve çanaq dibi ezeleleri öz \"qanuni yerlerine” qayıdırlar. Emeliyyat ümumi narkoz altında uşaqlıq yolundan olmaqla aparılır. Emeliyyatdan sonra qadına bir hefte erzinde yataq rejimi teyin edilir. Yaranın sağalmasından ve iltihabi prosesin olub-olmamasından asılı olaraq, texminen iki hefteden sonra qadına oturmağa icaze verile biler.

Bes xesteliyin profilaktikası üçün ne etmek lazımdır? Bunun üçün esasen, uşaq yaşlarından etibaren, xüsusi idman hereketlerinden istifade etmekle qarın ve çanaq dibi ezelelerini möhkemlendirmek lazımdır.

Hamilelik zamanı, eks gösteriş olmadığı halda, mütleq xüsusi idman hereketleri ile meşğul olmaq meslehet görülür. Bu, doğuş zamanı aralıq ezelelerinin cırılmasının ve qarının düz ezelelerinin aralanmasının qarşısını alır. Doğuşdan sonrakı iki ay müddetinde ise qadın ağır eşyalar qaldırmaqdan çekinmeli, hetta mümkün qeder her hansı fiziki işle meşğul olmamalıdır.

Doğuşdan sonra hekimle meslehetleşmekle qadın bir sıra xüsusi fiziki hereketler kompleksini yerine yetire biler. Bu ona, özünün qarın divarı ve çanaq dibi ezelelerini möhkemlendirmeye ve daxili cinsi orqanlarının qan dövranını yaxşılaşdırmağa imkan vermiş olur. Doğuşdan sonrakı dövrde xüsusi bandaj (qurşaq) geyinilmesi yaxşı profilaktik kömek edir.


Oxunub: 6479 defe