Sağlamlıq :: Qadın cinsiyet sistemi xerçengi - İLK 10 ELAMET

15-07-2015 16:55

Her il bütün dünyada müxtelif növ xerçeng xesteliklerine tutulan ve bu xesteliklerden dünyasını deyişen insanların sayı artır. Bu tendensiya Azerbaycanda da izlenilir.
Nezerinize çatdıraq ki, hazırda ilkin merhelelerinde aşkar olunmuş xerçeng xesteliklerinin ekser hissesi çox uğurla müalice olunur, insanlar tam sağalır ve daha sonra adi heyat sürürler. Lakin esas problem ondan ibaretdir ki, xerçeng çox hiyleger xestelikdir ve ilkin merhelelerde ekser hallarda özünü çox cüzi simptomlarla büruze verir. Lakin melumatlı insan bu simptomları vaxtında görüb hekime müraciet ede biler.

Qadın cinsiyyet sistemi onkoloji xesteliklerine bütün dünyada kifayet qeder tez-tez tesadüf edilir. Qadınlar arasında uşaqlıq boynu xerçengi en tez-tez tesadüf edilen xerçeng növüdür. Bes bu xerçengin elametleri hansılardır. Aile.lent.az saglamolun.az-a istinaden bildirir ki, qadın cinsiyyet sistemi xerçengine bu kimi elametler işare ede biler:

1. Qarın nahiyesinde ağrılar. Bele ağrılar qadını daim narahat edir, göbekden aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ile elaqesi olmur. Bele ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xerçenginin simptomu ola biler.

2. Qarında köp. Eger köp qadını tez-tez narahat edirse, keçmirse, bu yumurtalıqlar xerçenginin simptomu ola biler.

3. Bel nahiyesinde olan daim ağrılar da yumurtalıqlar xerçenginin simptomu ola biler.

4. Qadın cinsiyyet sistemi xerçenginin en xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın hedden artıq güclü olması, menstruasiyalar arasında \"sebebsiz\" qanaxmalar, cinsi elaqe zamanı ve cinsi elaqeden sonra qanaxmalar uşaqlıq boynu ve yumurtalıqlar xerçenginin elameti ola biler.

5. Heraretin daim sebebsiz olaraq qalxması xerçengin elameti ola biler.

6. Qebizlikle növbeleşen ishal, köp qadın cinsiyet sistemi xerçenginin elameti ola biler.

7. Beden çekisinin sebebsiz olaraq azalması. Eger qadın heç bir pehriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay erzinde 3 kq ve bundan artıq çeki itiribse, bu ciddi simptom sayılır.

8. Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun renginin deyişilmesi, burada yaraların, qabarların ve s. emele gelmesi cinsiyet sistemi xerçenginin elameti ola biler.

9. Qadının süd vezilerinde istenilen deyişiklikler (derinin renginin deyişilmesi, döşde yenitöremenin aşkar olunması, döş gilesinin formasının deyişilmesi, gilelerden ifrazatların olması - qanlı, irinli ve s.) süd vezi xerçenginin elameti ola biler.

10. Xroniki sebebsiz yorğunluq xerçengin en yayılmış simptomlarından biridir.


Oxunub: 4466 defe