Kişi dünyası :: Qadınlar bele kişi axtarır

15-07-2015 17:01

Bezen ne xasiyyet, ne de xarici görünüş baxımından beyenmediyimiz kişilerin eslinde qadınların sevimlisi olduğunu öyrenirik. Eger siz hele de qadınların hansı kişileri sevdiyini müeyyenleşdire bilmemisinizse, meqalemizi diqqetle oxuyun.
Bu meqalede size qadınların beyendiyi, bütün ömürlerini birlikde keçirmek istedikleri kişiler haqqında melumat vereceyik.

Romantik sevgili
Bu kişiler klassik sevgiye inanır. Davamlı olaraq sevgilisine çiçekler, şokoladlar alır ve onun üçün romantik axşam yemeyi hazırlayır. Sevgilisine tez-tez zeng ederek onu çox düşündüyünü söyleyir, gözlerine baxaraq ne hiss etdiyini izah edir. Unutmayın ki, her bir qadın teqdir edilmek üçün sevir, romantik sevgili ise daim qadınını teqdir edir. Eyni zamanda unutmayın ki, eger sizin sevdiyiniz insan romantik sevgili arzulayırsa, özü de bunun qarşılığında eyni cür davranıb, sizi eyni qeder ezizleyecek. Yeni, gösterdiyiniz heç bir münasibet qarşılıqsız qalmayacaq.

Özünegüvenen kişi
Bu cür kişiler qarşı teref üzerinde esil nezaretedici qüvveye malikdir. Qadınların özgüveni olan kişileri sevmesinin esas sebeblerinden biri de onların heç bir halda diger kişileri qısqanmaması, özlerini onlarla müqayise etmemeleridir. Çünki bu kişilerin özlerine olan inamı bu xasiyyetlerinin inkişafına mane olur.
Özlerine güvenen kişiler heç bir zaman hansısa bir hereketi ederken qarşı terefden tesdiq gözlemirler ve en teeccüblüsü budur ki, onların bu hereketi sevgililerinin xoşuna gelir.

Yaradıcı sevgili
Yaradıcı insanlar heyatın her anını deyerlendirerek yaşayır. Qarşı cinsin diqqetini celb etmek üçün yaradıcılıqlarından müxtelif yönde istifade edirler. Ona hesr olunan şeir, şekil, musiqi parçası qadınların özlerini daha xüsusi hiss etmesine sebeb olur. Sözsüz ki, bütün qadınlar özlerini esil şahzade kimi hiss edecekleri kişinin yanında olmağı seçirler.

Dünyagörmüş sevgili
Qadınlar sözün her iki menasında yanlarında dünyagörmüş kişi görmek isteyir. Sizin sefer etdiyiniz ölkelerde qarşılaşdığınız maraqlı meqamlar, oxuğunuz kitablardan getirdiyiniz sitatlar qadınları size daha da yaxınlaşdıracaq, amma ne bu kitablar, ne de xarici ölke haqqındakı melumatlar hamının bildikleri olmamalıdır. Bununla siz ancaq qarşı terefde tekrarçı, digerlerinden heç ne ile ferqlenmeyi bacarmayan kişi teesüratı yarada bilersiniz.

Ağıllı – zarafatcıl sevgili
İntellektual, eyni zamanda mezeli söhbet qızları celb etmek üçün ideal vasitedir. Qadınlar üçün bele kişilerle münasibet qurmaq olduqca maraqlıdır. En esası ona göre ki, onunla söhbetden sıxılmaq mümkün deyil. Zaman ireliledikce saçlarınız töküle, deriniz qırışa biler, eger siz xanımınızın beyendiyi o ince yumor hissi ile seçilen kişisinizse, onun gözünden düşmeyiniz mümkün deyil.

Düşünceli, ince sevgili
Her ne qeder qadınların sert kişileri sevdiyi düşünülse de, bu heç de bütün xanımlara aid deyi. Doğrudur, xanımlar sizden refiqeleri qeder hessas, diqqetcil olmağınızı gözlemirler, amma eyni zamanda heç vaxt oxşamağınızı istemedikleri qonşuları Tofiq kişi kimi kobud davranmağınızı da arzulamırlar. Sadece onun yanında olmağınızı istediyi çetin zamanlarda sevgilinize destek olmağınız, onda güveneceyi insan teesüratı yaratmağınız kifayetdir.


Oxunub: 536 defe