Psixologiya :: Evlenmek çetin deyil, evli olmaq çetindir

14-07-2015 16:01

Aile heyatı yalnız sevgi ve sevinc hisslerinden ibaret deyil. Düzdür, insanlar tek qalmamaq, birlikde xoşbext olmaq, seadete, sevgilisine qovuşmaq, oğullu-qızlı olmaq üçün aile qururlar.
Lakin mükemmel insan olmur. Sehv etmekse hamıya mexsusdur.

Ümumiyyetle, qadınların psixologiyası münasibetlerde kişilerin psixologiyasından ferqlenir ve neticede fikir ayrılığına getirib çıxarır. Hem qadın, hem de kişiler sehv edirler. Lakin bu yazıda qadınların şexsi münasibetler zamanı yol verdikleri sehvlerden söhbet gedecek.

Qadınlarımız davranışı ile sevdiyi kişilerin en pis xüsusiyyetlerini bele aradan qaldıra bilerler. Amma, bu o demek deyil ki, münasibetlerdeki bütün problemler qadınların teqsiri üzünden yaranır ve kişilerin öz menfi cehetlerini aradan qaldırmağa ehtiyacı yoxdur.

Qeyd edek ki, uğurlu münasibetlerin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bezi hereketleri heyat yoldaşları ile münasibetlerde dağıdıcı rol oynayır. Elbetde qadınlar bu sehvleri bilmeden, düşünmeden de ede bilerler. Bu sehv hereketlerin çoxu qadınların anaları terefinden aşılana biler.

Sen onu olduğu kimi sevirdinse, indi neye göre deyişdirmek isteyirsen?

Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis verdişlerini aradan qaldırmağa çalışırlar. Problemler de mehz pis verdişler aradan qalxmayanda başlayır. Lakin bele veziyyetde xanımlar qerar vermeye telesmemelidirler. Bu meseleni zamanla hell etmek olar.

Qadınlar sevdiyi insanı deyişdirmeye cehd etmemelidirler. Ona göre ki, her bir şexsin özünemexsus xarakteri ve verdişleri var. Bir uğursuzluq baş veren zaman bezi qadınlar narahat olur, özlerine bedbext, uğursuz insan deyirler. Eslinde ise bezi qadınlarımızın kifayet qeder tecrübesi olsa, zamanla bu problemleri aradan qaldırmaq mümkün olacaq.

Qadınlara meslehetler:

Sevdiyiniz insan neden zövq alırsa, ona semimi maraq gösterin. Bu onun işi, sevdiyi meşğuliyyeti, etdiyi idman növü de ola biler. Sizin onun sevdiyi, zövq aldığı meşğuliyyetlere maraq göstermeyiniz süni görünmemelidir.

Bundan başqa, möhkem ve mehriban aile üçün qadının yaxşı ehvalda olması vacibdir. Bele ki, kişiler sevdikleri qadının yaxşı ehval-ruhiyyede olmağını xoşlayırlar. Kişi gülmeli bir şey danışanda, zarafat etmek isteyende qadın tebessümle cavab vermeye, geri gelende gülmeye çalışmalıdır. Amma kişinin her sözüne sebebsiz reaksiya verib heddini aşmaq da meslehet deyil.

Kişiler özlerini evezolunmaz, ferqli hiss etmekden zövq alırlar. Bu sebebden de heyat yoldaşınıza beyendiyiniz xüsusiyyetlerini deyin. Heyat yoldaşınıza size qarşı olan her hansı bir diqqetine, evde gördüyü hansısa işine göre teşekkür edin. Davranışını qiymetlendirdiyinizi ona hiss etdirin.
Çalışın ki, heyat yoldaşınızla fikirlerinizle bölüşesiniz. Ona meslehetlerinin sizin üçün ne qeder ehemiyyetli olduğunu bildirin. Bu onun xoşuna gelecek ve size göre mesuliyyet hiss edecek.

Gelin, qadınların kişilerle münasibetlerinde buraxdığı esas sehvlerine nezer salaq.

1. Qadınlar sevdiyi kişiler üçün özlerini qurban verirler. Onlar ümid edirler ki, fedakarlıqları kişiler terefinden yüksek qiymetlendirilecek ve kişinin ona sevgisi defelerle artacaq. Teessüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt eksine olur. Kişinin qadına olan marağı azalır.

2. Qadınlar kişilerin potensial imkanlarına aşiq olurlar.

3. Qadınlar özlerini ana kimi aparır ve kişilerle uşaq kimi reftar edirler.

4. Bezen qadınlar özlerini hedsiz yüksekde tutur, bezen ise çox zeif olduqlarını düşünürler.

5. Ele cütlükler var ki, münasibetleri münaqişeler üzerinde qurulur. Bezileri bu hisslere alışır ve şüuraltı münaqişeli veziyyetler axtarırlar (qüvve toplamaq üçün).

6. Ele qadınlar var ki, istediklerine nail olmaq üçün özlerini balaca şıltaq qız kimi aparırlar.

Elbette ki, cütlükler arasındakı münaqişelere sebeb olan başqa amiller de var. Bu münaqişeleri düzgün hell etmek üçünse qadınlara sebirli olmağı meslehet görürem. En esası ise maraqlı hemsöhbet olmağa çalışın. Hem danışmaq, hem de dinlemek ehemiyyetlidir.

Bununla yanaşı özünüze diqqet ayırmağı unutmayın. Qadın her zaman, her bir şeraitde qadın olduğunu unutmamalıdır.

Aygün Ağabalayeva.
Psixologiya ve Konsultasiya Merkezinin psixoloqu.


Просмотров: 610 раз