Kişi dünyası :: Etirden istifade eden kişileri gözleyen tehlüke

15-07-2015 17:02

Etir ve antipersparantların sperma sayını azaltdığı üze çıxıb.

Alimlerin araşdırmaları gösterib ki, davamlı olaraq bu tip mehsullardan istifade eden kişilerde sonsuzluq problemi yarana biler.

Etirlerin ve antipersparantların terkibinde onlarla kimyevi maddelerin olduğunu vurğulayan mütexessisler hemin maddelerin hem deri, hem de teneffüs yolları vasitesile orqanizme keçdiyini bildirirler.

Hemin kimyevi maddeler kişilerde testosteron hormonunun bedende funksiyasını yerine yetirmesine mane olur.

Bu da spermanın keyfiyyetinin azalmasına ve neticede sonsuzluğa getirib çıxarır.

Tedqiqatçılar bildirirler ki, etirler ve tere qarşı vasiteler hem de xerçeng xesteliyine sebeb ola bilir. Odur ki, her iki cinsin nümayendeleri bu tip mehsullardan istifadeni azaltmalı, en azından terkibi tebii olan markalara müraciet etmelidirler.

Bundan başqa, etir ve antipersparant istifade ederken bir neçe qaydaya emel etmek riski azalda biler.

Antipersparant deriye çox yaxından sıxılmamalıdır. En az 15 santimetr mesafe olmalıdır.

Etirleri ise geyime vurmaq lazımdır. Düzdür, deriye vurulan etir daha qalıcı olur, ancaq kimyevi maddelerden qorunmaq üçün bu verdişi tergitmek vacibdir.

Eger gün erzinde antipersparantdan 2 defeden çox istifade etmisinizse, günün sonunda mütleq çimmelisiniz. Eks halda kimyevi maddelere hedden artıq çox meruz qalacaqsınız.


Oxunub: 467 defe