Kişi dünyası :: Kişilere 23 qiymetli meslehet

15-07-2015 17:02

1. Ne qeder asta hereket edirsinizse, bir o qeder süretle öleceksiniz.


2. Stomatoloq ve seyahet üçün pul xerclemeye heyfiniz gelmesin: ölümün astanasında gözqamaşdırıcı tebessüm ve gözel xatirelerden daha yaxşı heç ne ola bilmez.


3. Ele insanla evlenin ki, onunla ömrünüzün qalan hissesini keçirmek isteyirsiniz. Orta statistik hesablamalara göre nikah on il davam edecek, ve siz onsuz da ömrünüzün qalanını onunla keçirmiş olmayacaqsınız. Lakin ümid etmek de yaxşıdır.


4. Heç vaxt sizinle mübarize aparmaq iqtidarında olmayan qadın, uşaq, heyvan ve ya kişiye el qaldırmayın.


5. Mümkündürse, heç vaxt heç kime el qaldırmayın. Eslinde qanunen dava üçün iki sebeb var: heyat uğrunda mübarize ve ya yaxınlarını müdafie etmek.


6. Kişiler mümkün olduğu qeder en yaxşı su tesisatçısı, vekil ve şexsi meşqçi seçmelidirler.


7. Kimise döyende bele, bunu gözel edin. Özünüzü cilovlayın, el-qol atmayın: sizin yumruqlarınız düz ve deqiq olaraq ireli istiqametlenmelidir ve hemin andaca geri qayıtmalıdır, sanki siz milçek tutmusunuz. "Hook” (boks fendi) fendi istisnadır, bu zaman qolunuza çiyninizle deyil, çanağınızla destek vermiş olursunuz. Yaxşı endirilmiş "hook” fendi xetrinize deyen insanın qabırğalarını, bununla da iradesini de dağıdacaq.


8. Gözel davranış her şeyin esasında durur. Kobudluğa beraet qazandırmaq olmaz. Heyatın keyfiyyeti etdiyiniz kiçik güzeştlerden ibaretdir, mehz nezaketli davranmaq sizin heyatınızı daha dözüle bilen hala getirecek.


9. Ele bir an gelib çatmayacaq ki, siz o qeder müdrik olasınız ki, heç büdremeyesiniz. Müveffeqiyyetsizliklere hazır olun ve bu sizi daxilen daha da möhkem edecek. Utanc duyduğunuz anlar sizi daha güclü, uğurlar ise daha şükür eden insan edir: hemin anlar bir-birini gece-gündüz kimi evez edir, bu qaçılmazdır.


10. Dizlerinizi qoruyun. Eger siz idmanla meşğul olursunuzsa, onda bir gün o taqetden düşecek. Lakin idmanla meşğul olmursunuzsa, onda bu gözlenilmeden ve tezlikle baş verecek.


11. Eger heyat yoldaşınız ve sizin aranızda çox böyük ses-küylü davalar düşürse, onda demeli o sizin qadınınız deyil.


12. Siz ve valideynleriniz arasında olan ses-küylü davalar son derece normaldır – lakin tez barışmaq üçün sey göstermek lazımdır. Valideynleriniz ile keçire bileceyiniz vaxt mehduddur. Qebir üstünde tökdüyünüz göz yaşları peşmançılıq deyil, vida ve minnetdarlıq göz yaşı olmalıdır.


13. Dünyada gözel qadın çoxdur, lakin yalnız beş-altısını esl menada sevmek olar. Mütleq qalxmalı olduğunuz zirveler elbette ki, vardır; yerde qalanlarının yanından keçmek daha yaxşı olardı.


14. Yalnız başqa bir canlı varlığı özünüzden üstün tuta bileceyinizi hiss etdiyiniz anda ata ola bilersiniz.


15. Uğurun başlıca amili sizin ağrıya dözmek qabiliyyetinizdedir. Rokki Bal-Boa demişken: "Mesele sizin ne qeder çox zerbe endirmeyinizde deyil, ireli getdiyinizde ne qeder zerbeye tab getire bilmeyinizdedir”.


16. Heç vaxt sizin qapınızı devetsiz döyen insandan heç ne almayın – tebii ki, eger o tamamile ümidsiz veziyyetde deyilse.


17. Deyerli vaxtınızı qısqanclıq, nifret ve menasız filmlere baxmaqla keçirmeyin.


18. Eger vaxtınız varsa, piyada gezin.


19. Dostluğa layiq bildiyiniz az sayda insanlarla qurduğunuz esl dostluq sey teleb edir. Dostlarınızı xatırlayın, sevin ve qedrini bilin. Onların sehvlerini alicenablıqla qarşılayın. Lakin teklikden de qorxmayın: yadda saxlayın ki, biz hamımız bu kainatda tekik, tek yaranmışıq, tek de öleceyik.


20. Sağlamlığınız haqda düşünün, lakin bunu ipoxondriya (xestelenmekden qorxma neticesinde baş veren ruh düşkünlüyü) heddine de çatdırmaq lazım deyil.


21. İşinizi sevin. Heyatınızın esas eylencesini işinizden ayırmamağa çalışın. Her şeyin mehv olduğu bir anda yalnız işiniz sizi uçurumdan qurtara biler – sizde özüneinam, insanlarla ünsiyyet, pul ve her seher tezden durmağa vadar eden motivasiyanı yarada biler. Lakin nezere alın ki, siz çox ehtimal ki, nifret etdiyiniz işle de meşğul olmaq mecburiyyetinde qalacaqsınız. Demek olar ki, çoxumuzda bele olur – sadece yadda saxlamaq lazımdır ki, siz istenilen an işden çıxa bilersiniz.


22. Bütün var-gücünüzle çalışın ki, ne vaxtsa sevdiyiniz insana nifret etmeyesiniz.


23. İstedadınızla hamını valeh edin. Dahiliyiniz ile göz qamaşdırın. Tam gücünüzle işlemeyin, endirimli mallar almayın, hemişe qelebeni özünüz elde edin.


Oxunub: 605 defe