Maraqlı & Məsləhətli :: Saqqallı uşaq. Celil Memmedquluzade

15-07-2015 17:04

Bu hekayeni nağıl elememişden qabaq bunu isteyirem deyem ki, bir para uşaqlarda bele bir pis xasiyyet olur ki, ellerine karandaş düşen kimi başlayırlar evin divarlarını yazmağa. Hele çoxusu kömürnen de, tabaşirnen de yazır. Hele sen kömürü ve tabaşiri deyirsen, men ele pis uşaq görmüşem ki, eline mismarı, ya bıçağı alıb, divarları cızıb xarab eleyir.

Nedense, divar yazan uşaqlarnan menim aram yoxdu; ondan ötrü ki, heye sen yaxşı uşaqsan ve könlün meşq elemek isteyir, götür kağız-qelemi, bir yerde otur ve ne qeder kefindi, yaz.

İndi keçek nağılımıza.

Men ele bilirdim ki, bizim uşaqlar özge uşaqlar kimi o qeder de divar yazan deyiller; çünki çox nesihet elemişdim ve onlar da mene söz vermişdiler ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xelvet yerde bir bele şekil çekilib: deyesen bir heyvan başıdır, qulaqları da deyesen var, bir-iki ayağı da var, altında beş dene elif yazılıb ve bundan savayı beş-altı yumru şey çekilib. Bunların hamısı karandaş ile yazılıb, ele naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kes yaza bilmez.

Xoşuma gelmedi, çağırdım uşaqları.

- Ede, gene divarları yazırsınız?

Üçü de geldi durdu yazının qabağında.

- Hansınız yazmısınız?

Üçü de dayandı.

- Elede bes şeytan yazıb?

- Dede, vallah men yazmamışam.

- Dede, men de yazmamışam.

Balaca Qurban da “men yazmamışam” deye-deye ellerini üzüne qoyub başladı ağlamağı.

Men deyine-deyine bir esgi tapıb yazını temizledim ve deyine-deyine çekildim getdim. Amma bunu eşidirdim ki, Heyder Teymura deyirdi: – Sen yazmısan. – Teymur da Heydere deyirdi. – Sen özün yazmısan.

Burada ağlayan oğlum Qurban qaça-qaça geldi yanıma guya ki, bir böyük xeber getirib.

- Dede, o yazını Heyder yazıb; vallah, dede, Heyder yazıb.

Heyder de acıqlı-acıqlı geldi durdu Qurbanın qabağında ve ellerini ata-ata ele hirsnen cavab verdi ki, az qalırdı ellerini soxa uşağın gözüne. Men acıqlandım ve üçü de sakit olub istediler gedeler, men onları saxladım ve bunu dedim:

- Men sizden o qeder divarı yazmağınızdan ötrü incimirem, ne qeder ki, sizin danmağınıza inciyirem; sizin qorxudan yalan danışmağınıza inciyirem. Ona inciyirem ki, söz yox, divarı yazan üçünüzden birinizdi; amma üçünüz de and-aman eleyirsiniz ki, siz yazmamısınız. Bes sizden savayı bu evde uşaq ki, yoxdu.

Gene uşaqlarım başladılar and-amanı, bir-biri ile deyişmeyi.

Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara pozulan yerde gördüm gene haman yazı: heyvan kimi bir şeye oxşayır, altında bir neçe elif yazılıb, yanında bir neçe yumru mazıya oxşar bir şey çekilib.

Hirslendim. Uşaqları çağırdım. Gene haman and ve qesem, gene bir-birinin üstüne atmaq, gene göz yaşı…

Men bu defe o qeder incidim ki, o günü bidamağ oldum ve çörek yeye bilmedim. Üreyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxeleflik göstermeye; hemi menim terbiyemi pozub divarı xarab edir, hemi and-aman ile mene bu qeder berk-berk yalan satır ve belelikle öz qorxaqlığını açıq-açığına bildirir.

Bu da keçdi ve bir-iki aydan sonra bu giley-güzar başladı yaddan çımağa.

Amma bir gün men gece berk dilxor oldum. Balkondan keçirdim, gördüm divarda gene haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçe yumru-yumru yazılar.

Bu defe uşaqlara bir söz dexi demedim; öz-özüme fikir eledim ki, eger menim uşaqlarımın biri inada düşüb meni qesd ile incitmek isteyir, qoy burada bir söz demeyib, belke öz-özüne düşüne ki, bu iş özü her babetden pis işdir.

Diger terefden de meni meşğul eden terbiye meselesi idi ki, aya, görek men uşaqlarıma verdiyim terbiyenin hansı bir terefi yalnış yola düşüb; aya, görek men kimi qoca mürebbinin sehvi harada olub ve bundan sonra uşaqlarım baresinde beslediyim reftarın hansı terefine teğyir vermeliyem…

Böyük şeherde yaşamaq çox babetden rahatçılıqdır. Xüsusen bazar-dükanda cem olan dünyanın her bir nemeti, – yemeli ve içmeli qebilinden – hamısı hemeveqt şeher ehli üçün müheyyadır. Ve bazar-dükandan elave heç bir metah yoxdur ki, onu ellerde gezdirmesin ve senin öz qapına getirib satmasınlar; meyve, pencer, yağ, pendir ve qeyrileri.

Bizim de bir müşterimiz var ki, ayda bir, heftede bir, sağ elinde bir vedre yağ, sol elinde bir sebet yumurta, çiyninde terezi, hıqqına-hıqqına pillekenleri çıxar yuxarı ve bize salam verenden sonra hemişe bele deyer:

- Qab getirin.

Ev adamı ve uşaqlar ve gahda bir men özüm de hemeveqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq ve sonra getirdiyi eşyaya tamaşa edib qiymetini xeber alarıq. Bu da hemişe bele cavab verer:

- A kişi, qiymetini bilirsiniz, qab getirin.

Ve bu növ sual-cavabın neticesinde müşterimiz bize bir neçe girvenke yağ çekib verer, bir qeder yumurta sayıb verer; pulumuz olanda alar, olmayanda da nisye qoyar geder ki, bir de yolu düşende gelsin.

Bu kişinin adı Keble Ezimdir ve yaşı qırx-qırx beş, uca boy, bir kasıb ve fağır İran ehlidir.

Dünen Keble Ezim yene yağ ve yumurta getirmişdi. Yağı çox terifledi ki, Derbend yağıdır, çıxarı çox az olacaq, özü de kehreba kimi, yeyende etrinden doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kendinden getirib, oranın toyuqları guya çemenlerin otundan ve çiçeyinden başqa bir yemirler.

Yağdan beş-altı manat, yumurtadan da gene bir qeder borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yeni böyük pulumuz da yox idi). Keble Ezim şey-şüyünü götürdü ve çıxdı dalana ki, getsin; men de girdim otağa. Birden yadıma düşdü ki, Keble Ezime tapşıra idim Erdebilden tezelikle gelen olsa, men xeber versin; Erdebil fazili Mirze Elekber ağa baresinde ehval bilmek isteyirdim (çünki Keble Ezim özü erdebilli idi).

Tez çıxdım dalana ve gördüm ki, kişi yağı ve yumurtanı qoyub yere keçib qapının dalına ve bir gödek karandaşın ucunu ağzına soxub fikre gedib. Divarda heyvana oxşar bir cızma-qara çekilib, altından bir neçe elif, yanında bir neçe girde şey. Men çox teeccüb eledim ve ehvalım da birden nedense deyişildi. Keble Ezim metlebi duydu ve men soruşmamış dedi:

- Molla emi, doğrusu menim dersim-zadım yoxdu, bu bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.

Men qeh-qeh çekib güldüm. Kişi de bir az gülümsündü. Men birce bunu soruşdum ki, divara yazdığının menası nedir?

Menası bu imiş: Keble Ezim isteyirmiş bir inek çeke ve ineyin altında yazdığı beş cızığın menası bu imiş ki, men ona beş manat inek yağından borclu qaldım. Girde yazılar da yumurtadan qalan borcumun hesabı imiş.

Men yene güldüm ve uşaqlarımı çağırdım ve onlara bele dedim:

- Uşaqlarım, uşaqlarım, gelin, bura gelin!

Uşaqlar doluşdular ve gözleri divara sataşan kimi çox-çox teeccüb elediler ve menden soruşmağa başladılar:

- Dede, bunu kim yazıb?

Dedim:

- Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi; ancaq birce tefavütünüz oradadır ki, onun saqqalı var, sizin hele saqqalınız yoxdur.

Uşaqlar çox gülüşdüler ve melum ki, bunların gülüşüb şad olmalarına böyük bir sebeb var idi ki, her bir oxucuya aşikar olsun gerek.

Celil Memmedquluzade


Oxunub: 1971 defe