Maraqlı & Məsləhətli :: Möcüzeli maqnit

15-07-2015 17:05

Maqnit tez-tez istifade olunan eşya deyil. Hetta bezen özünü xatırlatmasaydı, onun varlığını unutmaq da olardı. Meselen, hansısa görünmez qüvvenin tesiri ile soyuducunun qapısı çırpılanda. Axtarışlarımızı davam etdirsek bu dilsiz-ağızsız zehmetkeşleri az qala her küncde-bucaqda göre bilerik. Axı, cezbetme ve iteleme meselesinde maqnitin tayı-beraberi yoxdur. O, telefon desteyinde nazik folqanı titrederek, elektrik siqnallarını ses dalğalarına çevirir. Demir yolunda relslerin cemi bir nece santimetrliyinde maqnit yastıq üzerinde tonlarla ağırlığında qatarları hereket etdirir. Donanmada gezinti katerlerini çekib sahile yaxınlaşdırır. Zibil emalında ise metal eşyaları onun içerisinden tapıb çıxarır. Hetta elektrik enerjisi hasilatında maqnitsiz keçinmek olmur. Maqnit generator rotorunun fırlanmasının elektrik cereyanına çevrilmesine kömek etmese, heç bir lampa yanmaz.

Bu sirli demir parçalarının tarixi lap qedim zamanlara gedib çıxır. Melumdur ki, teqriben 2600 il evvel yaşamış filosof ve elmin banisi Fales Miletski anlaşılmaz şekilde metalı özüne celb eden demir terkibli daşları öyrenirdi. Bu daşlar müemallı şekilde metalları çekirdi. Çox güman ki, “maqnit” sözü Maqneziya şeherin adından emele gelib. Qeyri-adi süxuru bu şeherin yaxınlığında çıxarırmışlar.

Diger versiyaya göre, bu söz Krit adasında Maqna adlanan çobanın adı ile bağlıdır. Güya onun metal ucluqlu esası bir gün torpağa “yapışıb”.

Orta esrlerde alimler aşkar edibler ki, iki maqnit tekce birini-birini celb etmir, hem de iteleyir. Bundan elave, melum olub ki, öz ixtiyarına buraxılan yüngül maqnit ox mütleq şimalı gösterir. XII esrde denizçiler Güneşin ve ulduzların üzünü örten buludlu havada da istiqameti düzgün seçmek üçün maqnitin bu xüsusiyyetinden kompaslarda istifade edibler.

Amma her halda bele bir sual açıq qalıb: hetta böyük mesafeden tesir eden gözegörünmez gücün menbeyi nedir? Alimler bu müemmadan bir neçe esr sonra tesadüf neticesinde baş çıxara bilibler. 1820-ci ilde danimarkalı Hans Xristian Ersted yeni batareya növleri ile eksperimentler aparır. O, laboratoriya masasında meftilden cereyan buraxır. Meftilin yanında ise tesadüfen kompas olur. Aman Allah! Kompasın oxu cereyanın verilmesine ve kesilmesine reaksiya verir. Demeli, elektrik maqnetizm emele getirir.

Bundan elave, meftili makaralara dolayıb cereyan verende, onlar özlerini eynen maqnit kimi aparır: bir-birini celb edir ve ya iteleyir, metal eşyalara “yapışıb qalır”. Bu zaman adi eşyalar deyil, elektromaqnitler emele gelir. Hazırda elektromaqnitlerden bir çox cihazlarda istifade olunur.

Bes, daimi maqnitler özünü nece aparır? Axı, onları elektrik şebekesine qoşmurlar. Teeccüblü olsa da, bunun da izahı elektrik cereyanı ile bağlıdır. Cereyan elektrikle yüklenmiş zerrecikler - elektronlar ile ötürülür. Elektronlar ise her bir maddenin daxilinde var. Onlar atomların nüveleri etrafında dövr edir ve xırda maqnit saheleri emele getirir. Materialların çoxunda bu mikrosaheler nizamsız yerleşib. Onların birge gücü cüzidir. Lakin bezi maddelerde, meselen, demirde, onlar bir istiqametde düzülüb. Bu zaman onların maqnit gücü qat-qat artır.

Müasir mühendisler maqnitin xasselerinden daha meharetle istifade etmek üçün bir-biri ile yarışa giribler. En yaxşı nümune kompyuterdir. “Saxlama” düymesini basanda, melumatlar bir reqeminden ve sıfırlardan ibaret şifreye çevrilir, maqnitlenen ve maqnitsizleşe bilen xüsusi qatın olduğu sert diske yazılır. Disk yazan başcığın yanında fırlanır. Başcıq ise meftil dolanmış makara şeklinde elektromaqnitden ibaretdir. Meftilden cereyan axanda, o, yaddaşda saxlayan qatın mikromaqnitlerini sanki “sağa dön” komandasına uyğun şekilde bir istiqamete çevirir. Bu, “bir” demekdir. Makaradakı cereyanın istiqameti deyişen kimi mikriomaqnitler sanki “sola dön” komandasına tabe olaraq başqa terefe çevrilir. Bu ise “sıfır” demekdir.

Budur maqnit! Senin üçün bir yığın faydalı informasiya yadda saxlayar, lazım gelende çekib getirer, lazım gelende iteleyer ve hemişe doğru yol gösterer. Bu maraqlıdır: planetimiz neheng maqnitdir. Onun maqnit sahesini çox vaxt bir polyusdan diger polyusa telesen qövsler şeklinde tesvir edirler. Kompasın oxu hemin xetler boyunca yerleşir. Maqnit sahesi bizi Güneş küleyinden - Güneşden gelen yüklenmiş zerreciklerden qoruyur. Onlar yalnız polyuslar sahesinde atmosfere düşür ve Qütb şefeqine sebeb olur.


Oxunub: 2097 defe