Qadın dünyası :: Genegerçek yağı - hem sağaldır, hem gözelleşdirir

15-07-2015 17:07

Evveller genegerçek yağı daha geniş istifade olunurdu. Keçmiş esrde bu yağın kömeyi ile soyuqdeymeler, iltihablar, yaralar, qebizlik ve s. müalice edirdiler.
Keçmişde genegerçek yağı doğuşun stimulyasiyası meqsedi ile de istifade olunurdu. Bağırsaqların fealiyyetini güclendiren genegerçek yağı hemçinin uşaqlığın yığılmasına da tekan verir.

Nenelerimiz genegerçek yağını üz ve saçlarına qulluq etdikde de çox geniş istifade edirdiler. Teessüf ki, hal hazırda bu yağ ve onun faydalı xüsusiyyetleri edaletsiz olaraq unudulub. Genegerçek yağının faydalı xüsusiyyetleri haqqında size melumat vermek isterdik.
Genegerçek yağı tam tebii vasitedir. Bu yağ genegerçek ağacından istehsal olunur.

Genegerçek yağı heqiqeten yaxşı işledici tesirine malikdir. Yağ bağırsaqların fealiyyetini yaxşılaşdırır. Böyükler üçün doza - 2-3 xörek qaşığı genegerçek yağı. Yağın tesiri 2-6 saatdan sonra baş verir. Lakin bütün diger işledici vasiteler kimi, genegerçek yağından da tez-tez istifade etmek olmaz. Bu bağırsaqları \"tenbel\" edecek. Qebizliyin sebebini teyin edib aradan qaldırmaq lazımdır.

Genegerçek yağı yarasağaldan ve iltihabeleyhine tesirine malikdir. Bu sebebden bu yağ müxtelif deri zedelenmeleri, kesikler, yanıqlar, yaralar zamanı istifade oluna biler.
Genegerçek yağı babasil zamanı da istifade olunur (gün erzinde bir neçe defe düyünlerin üzerine çekilir).
Genegerçek yağı soyuqdeyme, öskürek, bronxit zamanı istifade olunur. Axşam yatmazdan evvel isti suda bir qeder qızdırılmış genegerçek yağı xestenin sinesine ve ayaqlarına çekilir (daha sonra ayaqlara pambıq corab geyinmek lazımdır).

El ve ayaqların derisi quru, nahamar olduqda ve qabıq verdikde genegerçek yağı ile olan bürünmeler derini yumşaq ve elastik edir. Bunun üçün el ve ayaqlara genegerçek yağı sürtmek, sellofan plyonka ile bükmek ve pambıq elcek ve corablar geyinmek lazımdır. En yaxşı variant bunu yatmazdan evvel etmek ve bürünmeleri sehere kimi saxlamaqdır. Bele bürünmeleri 10 gün erzinde etmek lazımdır.

Ziyillere genegerçek yağı sürtende, ziyiller tez bir zamanda yox olur.
Genegerçek yağı deri, saç ve kirpikler üçün olduqca faydalıdır.

Genegerçek yağı derini nemlendirir, cavanlaşdırır, derini daha elastik edir, xırda qırışları yox edir.
Qidalandırıcı maska: 2 çay qaşığı genegerçek yağı, 1 çay qaşığı sürtgecden keçirilmiş çiy kartof, 1 xörek qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq ve temiz üz derisine çekmek lazımdır. 20 deqiqeden sonra maskanı ilıq su ile yuyun.

Yağlı deri üçün ağardıcı maska: 2 çay qaşığı genegerçek yağı, 2 çay qaşığı kesmik, 1 çay qaşığı limon şiresi yaxşı qarışdırılır ve temiz üz derisine çekilir. Maska üz derizini ağardır, piqment lekelerini daha az görünen edir, deri mesamelerini yığır.

Genegerçek yağı saçların veziyyetine çox müsbet tesir edir - möhkemlendirir, daha elastik ve canlı edir. Saç üçün maska: 1 xörek qaşığı genegerçek yağı, 1 xörek qaşığı küncüt yağı, 1 xörek qaşığı ayıpencesi yağı yaxşı qarışdırılır, isti suda bir qeder qızdırılır ve saçların diblerine massaj hereketleri ile sürtülür.

Genegerçek yağı kirpikler ve qaşlar üçün de çox xeyrlidir. Kiçik temiz fırça ile (tuş fırçasından istifade etmek olar) genegerçek yağını kirpiklere ve qaşlara sürtün. Bir müddet keçdikden sonra kirpik ve qaşlarınız daha sıx olacaq.


Oxunub: 10327 defe