Qadın dünyası :: Yalançı hamilelik

15-07-2015 17:08

Yalançı hamilelik (ve ya psevdohamilelik) kifayyet qeder nadir psixiki-fiziolioji veziyyetdir.

Hamile olmayan qadın birden-bire özünü hamile kimi hiss etmeye başlayır - menstruasiyalar kesilir, süd vezileri böyüyür, seherler ürekbulanması olur, qadının ehval-ruhiyyesi tez-tez deyişilir, qadın tez yorulur ve s. Qadının qarnı böyümeye başlayır. Bezi qadınlar hetta dölün terpenmesini \"hiss edirler\". Nezere almaq lazımdır ki, psevdohamile qadın heç kimi aldatmır, hiyle etmir, o, heqiqeten hamileliyi hiss edir ve yaşayır.

Bu vaxta kimi tibbde bu veziyyetin sebebi aşkar olunmayıb. Hekimler bunu psixiki pozulma kimi qiymetlendirir, lakin psevdohamile qadının orqanizminde olan fizioloji deyişiklikleri tibb nöqteyi-nezerden izah ede bilmirler.

Psevdohamileliyi hemçinin \"isteriyalı hamilelik\" adlandırırlar. Bele hamilelik güclü emosional heyecanlar ve ya psixi sarsılmalar yaşayan çox hessas qadınlarda müşahide olunur. Bir çox hallarda psevdohamilelik 35 yaşından yuxarı olan sonsuz qadınlarda müşahide olunur. Her bir konkret halda sebebler müxtelif ola biler:

- qadın inanır ki, hamilelik onun ailesini dağılmaqdan saxlayacaq,

- qadın iller erzinde sonsuzluqdan müalice alır, lakin lazım olan netice elde olunmur,

- qadın facieli şekilde uşaq itirib,

- qadın menopauza dövrüne yaxınlaşır, lakin onun uşağı yoxdur,

- qadının bacısı ve ya yaxın refiqesi hamiledir ve bu ona çox güclü emosional tesir edib.

Psevdohamilelik hemçinin uşaq istemeyen ve ya hamilelikden ve doğuşdan dehşetli derecede qorxan qadınlarda müşahide oluna biler.

Lakin bezen bele hamileliyin sebebi hormonal pozulmalar ve ya kiçik çanaq şişleri ola biler.

Bezen psevdohamilelik zamanı hamilelik testi müsbet netice gösterir, ekser hallarda ise netice menfi olur. Psevdohamileliyin diaqnozu USM-i neticesinde qoyulur - qadında hamileliye xas olan elametler (uşaqlıqda dölün olması ve s.) aşkar olunmur. Ekser hallarda bu diaqnoz qadına çox ağır tesir edir. Bir çox hallarda hekimin izahatı ve yaxınların qayğısı ve psixoloji kömeyi qadına bu veziyyetden çıxmağa kömek edir. Tedricen \"hamileliyin\" simptomları da yox olur. Qadına psixoterapevtin kömeyi de lazım ola biler.

Lakin bezi qadınlar diaqnoza inanmır, hekimin dediklerini derk etmek istemir, etrafdakılara qulaq asmır, özünü qeyri-normal aparır. Bu halda qadına psixiatrın kömeyi lazım olur. Psixiatr qadına xüsusi müalice teyin edir.

Bezen psevdohamilelik şizofreniya (psixi xestelik) fonunda qadınlarda ve hetta kişilerde müşahide olunur.


Oxunub: 470 defe