Psixologiya :: Uşaqla pul barede ne qeder danışmaq olar?

15-07-2015 16:43

Maliyye planlaşdırılması üzre mütexessislerin çoxu hesab edirler ki, uşaqlarla pul haqda danışmaq yaxşı fikirdir. Lakin her şey öz ölçüsünde yaxşıdır. Eger böyükler öz uşaqları ile pul barede hedden artıq semimi bölüşürse, bunun ziyanı faydasından çoxdur.

Bu sehvlerin neticeleri ve onlardan yayınmaq barede CreditCards.com saytının müxbiri Mişel Krauç danışır. Maliyye psixoloqu ve yazıçı Bred Klonts deyir: “Eger uşaqlar böyüklerden maliyye problemleri ve münaqişeleri barede hedden artıq çox informasiya alırsa, bu çox hallarda inamsızlıq ve tehlüke hissinin meydana çıxmasına sebeb olur. Bu, uşağa böyük ziyan vura biler”.Klonts hetta valideynlerin öz uşaqlarına münasibetde maliyye meselelerini tenzimlemeyi bacarmamağı xarakterize eden xüsusi termin tetbiq etmişdir – “maliyye investi”.

Mümkün problemin elametleri aşağıdakılardır:

* valideynler çox semimi olaraq öz uşaqları ile maliyye problemlerin bölüşür ve bundan sonra yüngülleşirler;

* valideynler puldan uşaqlara nezaret aleti kimi istifade edirler;

* valideynler arasında münaqişeler, o cümleden boşanmış valideynler uşaqlardan arada qalan bufer kimi istifade edirler;

* böyükler uşaqdan kreditorların telefon zenglerine cavab vermeyi xahiş edir ve ya onları aile maliyyesi barede yalan danışmağa mecbur edirler;

* yeniyetmelerden ciddi maliyye qerarları vermek – hesabları idare etmek ve ya ev xerclerine öz payını vermeyi teleb edirler.

Psixoterapevtlerin bezileri “maliyye investi” terminine qarşı çıxırlar ve onun heddeh artıq qalmaqallı olmasını iddia edirler. Psixoloq Ketlin Harni deyir ki, “Psixologiyada dayanıqlı terminologiya mövcuddur, lakin “maliyye investi” bu terminologiyaya aid deyil”.

Klonts buna öz fikrini bildirerek deyir ki, bu termini tetbiq ederken: “Seksual ve psixoloji termin kimi maliyye investi de – uşağın telebatlarının böyüklerin telebatlarının ödenilmesine qurban vermekdir, sadece bu halda söhbet puldan gedir”, – demekle heç de qalmaqala cehd etmemişdir. Ketlin Harni Klontsun terminologiyası ile razılaşmamağına baxmayaraq, etiraf edir ki, onun öz uşaqlarını maliyye işlerine celb eden xesteleri olmuşdur ki, bu da hemin uşaqlarda narahatçılıq ve acizlik doğururdu. Xüsusile de bu, boşanmış valideynlerde müşahide olur, – deye o, deqiqleşdirir. Meselen, ana uşağına deye biler: “Bağışla, ezzim, men senin dişlerini müalice etdire bilmirem, çünki atan bize kifayet qeder pul vermir”.

Ve ya ata: “Niye bunu anandan xahiş etmirsen? Men ona her ay yaxşı pul verirem”.

“Valideynler öz emosional problemlerini hell etmek üçün uşaqlardan istifade edirler. Belelikle, heç olmasa qısa müddete stressden yaxa qurtarırlar. Lakin bu, valideyn-uşaq münasibetlerinde özünü neqativ göstere ve gelecekde pulla sağlam qarşılıqlı münasibete xelel getire biler”, – deye Harni xeberdarlıq edir.

Klonts araşdırır ki, maliyye investinin qurbanları hem kiçik yaşlı uşaqlar, hem de yeniyetmeler ola biler. Eger valideynler uşaqlara hedden artıq çox informasiya verirlerse, evvel uşaqlar fikirleşir ki, valideynleri onlara etibar edir. Lakin neticede onlar yene narahatçılıq ve çaşqınlıq hiss edirler, bele ki, maliyye problemlerinin helli onların gücünde deyil.

Diger psixoterapevtler deyirler ki, öz uşaqlarına nezaret üçün maliyyeden istifade eden valideynler onlara böyük psixoloji zerer yetirmiş olur. Psixoloq ve yazıçı Qarri Baffon öz tecrübesinde ele valideynlere rast gelmişdir ki, onlar öz uşaqlarını müeyyen kollece daxil olmaq ve ya özlerinden yaxında yaşamağa mecbur etmek üçün pul aletinden istifade etmişler.

Baffon yazır: “Menim varlı müşterim vardı ve o, üç övladını şexsi şirketinde işe götürmüşdü. Amma maaş almaq üçün onlar her cüme günü atalarının yanına nahara gelmeli idi. Tesevvür edin ki, bu, onun övladlarında nece neqativ ve qezebli hissler yaradırdı. Bundan başqa, pul haqqında da olduqca pis fikirler doğururdu”.

Psixologiya professoru Rend Koncer öz tedqiqatlarında qeyd edirdi ki, bir qayda olaraq, uşaqlar pul ve ya her hansı maddi deyerlere malik olmamaları ile asan barışırlar. Lakin valideynlerinin mehz pula göre bir-biri ile dava etmesi onlarda böyük stress yaradır. Valideynler yaxşısı budur özlerini ele alıb uşaqlara ne baş verdiyinden baş çıxarmağa kömek etsinler.

Koncer ve diger mütexessisler valdeynlere maliyye krizisi zamanı özlerini ele almaq üçün bir neçe meslehet verir:

* eger siz övladınızla maliyye barede serbest danışa bilmirsizse, bundan ötrü psixoterapevt ve ya başqa mütexessislerin xidmetinden istifade edin;

* heç vaxt uşaqlara gizlinde pul vermeyin. “Al sene 10 dollar verirem, amma heç kime deme” teklifi uşaqda narahatlıq ve inamsızlıq hissi yarada biler;

* maliyye problemlerinizi uşaqlardan gizletmeyin, lakin etraflı izahatlar da vermeyin. Qoy sizin uşaqlarla olan söhbetleriniz onları pulun nece işlemesi ve vesaitle yaşamağın ehemiyyetini öyretsin;

* kritik meqamlarda uşaqlarınıza kömek edin. Ailede xercleri azaltmaq barede müzakireleriniz uşaq üçün sizi işden sonra qucaqlamaq kimi adi olsun. Koncerin sözlerine göre, böyük yaşlı uşaqlar ve yeniyetmeler valideynlerine kömek edende özlerini daha lazımlı hesab edirler. Onlar işleyerek ve ya ev işlerinde kömek edirler ki, valideynleri daha çox vaxt işe ayıra bilsin. Bu cür qarşılıqlı kömek aileye çetin vaxtları yaşamağa ve gelecek üçün möhkem fundament qoymağa da kömek edecek.


Oxunub: 770 defe