Qadın dünyası :: Uşaqlıqdan kenar hamileliyin ilk elametleri

15-07-2015 17:09

Uşaqlıqdan kenar hamilelikden heç bir qadın sığortalanmayıb. Hetta tam sağlam qadında bu patologiyanın inkişafı mümkündür.

Lakin bezi qadınlarda uşaqlıqdan kenar hamileliyin riski diger qadınlarla müqayisede daha yüksekdir. Bu qadınların arasında:

- hormonal pozulmaları olan qadınlar,
- cinsiyyet sistemi iltihabları olan qadınlar (xüsusile boru iltihabları),
- kiçik çanaq orqanlarında cerrahiyye emeliyyatları keçirmiş qadınlar (o cümleder, appendiksin xaric olunması),
- süni abortlar keçirmiş qadınlar,
- uşaqlıqdaxili kontraseptiv vasitelerden (\"spiral\") istifade eden qadınlar,
- borularda cerrahiyye emeliyyatları keçirmiş qadınlar (bağlı boruların \"açılması\" ve s.),
- endometriozu olan qadınlar,
- süni mayalanma neticesinde hamile qalmış qadınlar.

Nezerinize çatdıraq ki, uşaqlıqdan kenar hamileliyin riski yaşlı qadınlarda (35 yaşdan sonra) cavanlarla müqayisede daha çox olur.

Uşaqlıqdan kenar hamilelik bir çox hallarda ilkin merhelelerde bezi elametlerle özünü büruze verir. Bu elametler haqqında xeberi olan qadın vaxtında hekime müraciet etmekle özünü uşaqlıqdan kenar hamileliyin ağır fesadlarından xilas ede biler.

Belelikle, hansı elametlerin olması qadında uşaqlıqdan kenar hamileliyine şübhe yarada biler?

- Uşaqlıqdan kenar hamilelik de adi hamileliye xas olan simptomlarla müşahide olunur: menstruasiya gecikir, süd vezileri böyüyür, onların hessaslığı artır, qadın halsızlıq, yuxululuq hiss edir ve s. Uşaqlıqdan kenar hamilelik zamanı da hamilelik testinde 2 zolaq çıxır. Lakin bu halda bir zolaq tünd, digeri ise daha solğun çıxa biler. Bele netice bir neçe defe tekrarlana biler. Bunun sebebi bundan ibaretdir ki, uşaqlıqdan kenar hamilelik zamanı xorionik honadotropin hormonun (hamileliyin esas hormonu) seviyyesi normal hamilelikle müqayisede daha az olur ve gec artır. Bezen de ele olur ki, ilk testde iki eyni qalın zolaq çıxır, daha sonra ise növbeti testlerde ikinci zolağın rengi sanki şeffaflaşır.

- Qadında cinsiyyet yollarından qanlı ifrazatlar, bezen hetta kiçik qanaxma ola biler.

- Qarının aşağı hissesinde ağrılar ola biler.

- Toksikoz daha ağır xarakter daşıyır (güclü ürekbulanması, başgicellenmesi, halsızlıq ve s.).

Tebii ki, yuxarıda sadaladığımız elametlerin olması heç de 100% hallarda uşaqlıqdan kenar hamileliyin olmasını sübut etmir. Bu adi normal hamilelik de ola biler. Lakin her halda özünde bu kimi elametler müşahide etdikde, qadın derhal ginekoloqa müraciet etmeli ve lazım olan müayine ve analizlerden keçmelidir (USM, xorionik honadotropin).
(Sağlam olun!)


Oxunub: 6870 defe