Qadın dünyası :: Her yaşa göre deriye qulluq

15-07-2015 17:10

Deriye qulluq ederken deri tipine ve yaşa göre uyğun baxım tetbiq etmek ehemiyyet daşıyır. Her yaş dövrüne ve deri tipine uyğun baxım teklifleri burada ...

20 yaşlarda deriye qulluq

Derinizi seher ve axşam temizlemelisiniz. Xüsusile sabunsuz temizleyicileri seçin.
Derinizi yaxşıca durulayıb, quruladıqdan sonra spirtsiz tonikle silin. Tonik mesamelerinizi dartır,derinizin PH tarazlığını nizamlayır ve temizleyici mehsulun artıqlarını alır.
Temizleme emeliyyatından sonra derinize ehtiyacı olan nemi vermek üçün deri tipinize uyğun nemlendirici bir krem sürtün.
25 yaşından sonra göz etrafınızda meydana çıxmağa başlayan ince xettlerin derinleşmemesi üçün bir göz etrafı kremi istifade etmelisiniz. Çox yorğun olduğunuz zamanlarda canlandırıcı bir sistem köçürmekle balaca bir müalice de tetbiq ede bilersiniz.

30 yaşlarda deriye qulluq
20 yaşlarında başladığınız temel qulluğun yanında yavaş-yavaş başlayan göz etrafı qırışıqlıqlarınızın qarşısını alın. Bu bölgedeki derinin ince olmasından öteri göz etrafı üçün xüsusi olaraq hazırlanmış yağsız mehsullardan istifade edin.
Oyandığınız zaman gözlerinizde şişme olursa çayla kompres etmek ya da xiyar dilimleriyle gözlere istirahet vermek yaxşı gelecekdir.

40 yaşlarda deriye qulluq
Üzünüze temizleyici südü dairevi hereketlerle sürtün. Yüngül ve nemli bir pambıqla içden xarice doğru ve alın,yanaqlar,çene sırasını növbe ile temizleyin. Tonik ya da suyla derinizi durulayın.
Nemini itirmiş deride xettlerin artması süretlendiyinden nemlendirici istifade etmeye laqeyd yanaşmayın. İstifade etdiyiniz mehsulun qliserin terkibli olmasına diqqet yetirin. Çünki bu aktivler, deri laylarında suyun tutulmasına kömek edir.
Üzünüze etdiyiniz qulluğu mütleq boynunuza da tetbiq edin. Ancaq üzünüze yuxarı doğru, boyunuza ise aşağı doğru hereketlerle kreminizi sürtün .

Her yaşda tetbiq olunan deriye qulluq teklifleri

1. Boynunuzda buxaq emele gelmesine manee töretmek üçün boynunuzu yuxarıya doğru gergin tutmağı bir verdiş halına getirin.

2. Derideki quruluğu aradan qaldırmaq üçün yuyunduqdan sonra yağlı bir kremle bütün bedeninizi nemlendirin.

3. Heftede bir neçe defe temizleyici baxım mehsuluyla derinizi ölü hüceyrelerden temizleyin.

4. Sallanmalar üçün en tesirli yol meşq etmekdir. Uzun meşqlere zaman ayıra bilmirsinizse, heç olmazsa çoxlu piyada gezmeyi seçin.

5. Sine ve qıç arası sallanmaların qarşısını almaq üçün çox isti suyla yuyunmamaya diqqet edin. Hamam sonrası sinenize ve ayaqlarınıza soyuq su ile tezyiqli duş edin.

6. Siqaret, spirt , çay ve qehve derinin başlıca düşmenleridir. Bunlardan uzaq dayanmağa çalışın.

7. Stress tesiri derinizi solğun gösterer. Stressiz heyat üçün sey gösterin.

Deri tipine göre baxım ederken diqqet yetirmemiz lazım olanlar ...

Quru deriler
Deriniz çox qurudursa tonik istifade etmiyin. Derini qurutduqları üçün spirt esaslı tonikleri heç istifade etmeyin. Derinize buxar tetbiqini bir neçe deqiqe davam edecek şekilde qısa edin.

Yağlı deriler
Derinizi heftede bir defe denecikli bir temizleyici gel ve ya her gün terkibinde alfa hidroksil turşusu olan kimyevi bir mehsulla ölü hüceyrelerden temizleyin. Derinizde irileşmiş mesameler varsa , derinizi yasemenle kompres edin.

(Geniş bir kasanı ilıq suyla doldurun ve içine beş damla yasemen yağı elave edin. Yasemen yağlı temiz bezi ilıq suya salıb yaxşıca isladın ve derinizin her yerini örtün. Yasemenin qabaqlayıcı ve serinleşdirici xüsusiyyetleri vardır , derinizi temizleyerken eyni zamanda sinirlerinizi de sakitleşdirir. )

Qarışıq deriler
Derinizin haralarda neme ehtiyac duyduğunu ( yanaqlar,alın ve boyun bölgesi ) ve haralarda daha yağlı olduğunu (burun, çene ve bezen de alın) teyin edin. Üzünüzün deyişik bölgeleri üçün deyişik maskalar istifade edin. Yağlı T bölgesi üçün (yeni alın ,burun ve çene) gil esaslı bir maska ​​seçim ederken, üzünüzün daha quru bölgeleri üçün daha nemlendirici bir maska ​​seçin. Hava,stress,çirklilik ve hormonlarınızın derinizin nem tarazlığını deyişdirdiyini unutmayın.


Oxunub: 388 defe