Qadın dünyası :: Qadınlara neçe uşaq dünyaya getirmek olar?

15-07-2015 17:11

Bele de hesab olunur ki, doğuş qadın sağlamlığına, eger patologiyasız keçirse, müsbet tesir gösterir. Ancaq bu, heç de bele deyil - Texas Universitetinin mütexessisleri eksini iddia edirler.

Onlar orta yaş heddi 45 olan 1644 qadını araşdırmaya celb edibler.Esas diqqeti ise tac arteriyası ile aortanın divarının qalınlığına veribler.

Neticeden bele çıxıb ki, dördüncü ve daha çox uşağın doğuşu qadını ürek xestelikleri riskinin çox böyük olduğu bir qrupa yönlendirir. Alimler deyirler ki, üçüncü uşaq doğulandan sonra arteriyalar qalınlaşır ve berkleşir. Çünki hamilelik ürek-damar sistemine elave yükdür, ürekden keçen qanın hecmi de bu zaman 50% artır.

2-3 uşağı olan qadınlarla müqayisede onlar ürek-damar sisteminin problemlerile 2 defe çox rastlaşırlar. Uşaqsız qadınlar, yaxud bir uşağı olanların neticeleri de ürekaçan olmayıb - onların da arteriyaları daralır ve berkleşir.

Belelikle, alimler qadınlara heyatları boyu en az 2, en çox 3 uşağın anası olmağı tövsiye edirler. Hemçinin bunun üçün gec qalmamaq da şertdir -sehheti düzeltmeye daha çox vaxt olur.


Oxunub: 619 defe