Dünyanın möcüzeleri :: Olimpde Zevsin heykeli

20-07-2015 16:06

Olimpde Zevsin heykeli — dünyanın 7 möcüzesinden biri. Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına e.e. V esrde heykelteraş Fidi terefinden hazırlanmışdır. Olimpiya şeherinin merkezi meydanında mermer suvaq çekilmiş ve müxtelif heykellerle bezedilmiş ezemetli mebed ucalırdı. Mebedin daxilinde döşeme möhteşem mozaika ile bezedilmişdi. Mebedin içerisinde böyük qırmızı perde arxasında qedimde, "dünyanın yeddi möcüzesi"nden biri hesab olunan Olimriyalı Zevsin heykeli dururdu. Olimpiyalı Zevsin heykelini görmeyeni Yunanıstanda bedbext adam hesab edirdiler. Antik müelliflerin melumatına göre, Zevs qızıl ve fil sümüyü ile bezedilmiş taxtda eyleşmişdi. Onun gövdesinin yuxarı hissesi çılpaq, aşağı hissesi ise zengin paltara bürünmüşdü. Zevsin bedeni ve başı ağacdan düzeldilmiş ve üzeri fil sümüyü ile örtülmüşdü. Zevsin bir elinde Nika - qelebe ilahesinin heykeli, o biri elinde ise Zevsin müqeddes quşu - qartalın tesviri ile bezedilmiş jezl - hökmdarlıq esası var idi. Zevsin başını qızıldan düzeldilmiş zeytun yarpaqları çelengi bezeyirdi.

Zevsin heykelinin qalıqları Afinanın 150 km qerbinde yerleşen qedim Olimpiya şeherinde, ilk olimpiadaların keçirildiyi yerdedir. Olimpiadalar esnasında döyüşler dayanar, dünyanın dörd bir terefinden gelen atletler üçün bu heykelin qarşısında merasimler teşkil olunarmış. Zevsin heykeli E.e. 450-ci ilde, mebed ise daha evvel - E.e. 770-ci illerde olimpiadalar başlandıqdan sonra tikilmişdir. İller keçdikce insanlar yalnız ibadet etmek üçün deyil, heykeli görmek üçün de buranı ziyaret etmişler. E.e. 200-cü ilde heykel berpa edilmiş, bundan sonra Romaya daşınarken zedelenir, 391-ci ilde Roma imperatoru Dominisian (284-305) terefinden olimpiadaların qadağan edilmesi ile buraya gösterilen maraq azalmışdır. Zelzelelerin, sellerin tesiri ile heykel daha da köhnelmişdir. Zengin bir yunan terefinden İstanbula getirilen heykel, 462-ci ilde baş veren böyük bir yanğında tamamile yox olmuşdur. Daha sonra 1829-da Olimp dağında heykele aid bezi parçalar tapılmış ve Fransaya aparılmışdır.

Zevs mebedinin içinde olan heykel, mebede çetinlikle sığırdı, hetta oturaq veziyyetde tesvir edilen Zevs, ayağa qalxsa mebedin tavanı yıxılacaqmış kimi dayanırdı. Heykelin oturdulduğu döşeme 6.5 metr genişliyinde ve 1 metr hündürlükde, heykelin özü ise 12 metr hündürlükde idi. Üzerinde, Yunan tanrılarının ve sfinks kimi mistik heyvan fiqurları tesvir edilirdi. Heykelin derisi fil dişinden, saqqalı, saçları ve paltarı qızıldan idi. Qaranlıq bir koridordan keçilerek görüle bildiyi üçün, parlaq fil dişi, insanların gözünü qamaşdırır ve derinden tesir edirdi.

Olimpiada oyunları 391-ci ilde bütperestlik olaraq günahlandırılıb leğv edildi ve Zevs mebedi de bağlanıldı. Dünyanın yeddi möcüzesinden biri sayılan heykel, zengin yunanlar terefinden, yeni qurulan ve o zamanki adıyla Konstantinopol deyilen İstanbula daşınmışdır ve orada 462-ci ilde baş veren böyük yanğında yox olmuşdur.

1829-da Olimp dağında fransızlar terefinden burada tapılan heykele aid bezi parçalar Parisde Luvr Muzeyinde sergilenmekdedir.


Oxunub: 928 defe