Psixologiya :: Uğur psixologiyası - Redd edilmek

15-07-2015 16:45

Her insan heyatında en az bir defe redd edilme veziyyetiyle qarşı-qarşıya qalır. İstediklerini elde edenlerle, ede bilmeyenlerin arasındakı ferq, isteklerine çatanların özlerine ve etdikleri işlere inanmaları ve sınamaqdan esla ve esla imtina etmemeleridir. Tarixdeki meşhur adların elde etdiyi uğurların arxasında bir çox redd cavabı almalarına qarşı seylerini eyni ezmle davam etdirmeleri durur. Onsuz da redd cavabına meğlub olanları tarix de ağılından çıxarmışdır.

İlk çağın meşhur natiqlerinden Demostenes ilk defe xalq qarşısında danışmağa başladığında, xalq ona qehqehelerle gülmüş ve kürsüden uzaqlaşdırmışdı. Kekelemesine baxmayaraq içinde böyük bir natiq olma arzusu daşıyırdı. Çox çalışdı, ağzına deniz sahilinde tapdığı çaylaq daşlarını qoyaraq danışma meşqleri ederek özünü inkişaf etdirdi. Ve sonunda dünyanın en böyük natiqlerinden biri olmağı bacardı.

Richard Bax, inkişaf heveskarlarının severek oxuduğu Martı Jonathan adlı kitabı tam 18 neşr evi terefinden redd edilmişdi. 1970-ci ilde çap edildiyinde ise böyük bir maraq görerek, günümüze qeder dünya seviyyesinde beyenilerek oxunan kitablar arasına daxil oldu.

Walt Disney, siçanlarla dolu bir qarajda \' Miki Siçan\' ( Mickey Mouse ) adlı meşhur cizgi film qehremanını yaradıb şöhret qazanana qeder onlarla işden redd cavabı almışdı. Bir defe bir qezet redaktoru onda zerre qeder şekil qabiliyyetinin olmadığını söylemiş ve Disneyland\'ı qurmazdan evvel bir neçe defe iflas etmişdi.

Genetika elminin qurucusu Mendel de bir çox defe istediyi universitetlere qebul edilmemiş ve ya oxumayaraq yarıda buraxmışdı. Hetta bitirmediyi universitetin bir professoru onun üçün, \' bir elm adamı üçün lazımlı olan aydın düşünce qabiliyyetine sahib deyil\'-, demişdi .

Meşhur sahibkar Henry Fordun, ardıcıl avtomobil istehsalı ile elaqedar layihesinin kredit telebi \' avtomobil ancaq keçici bir modadır\' sebebiyle bir bank müdiri terefinden redd edilmişdi. Ford, avtomobilleriyle müveffeqiyyete çatana qeder tam beş defe iflas etmiş, ancaq vizionu ve ezmi sayesinde avtomobil sektorunun qurucusu ve bir nömreli adı halına gelmişdi.

Meşhur musiqiçi Beethoven kiçik yaşlarda skripka tutuşunu beyenmeyen müellimi terefinden \' Musiqiçi ola bilmez! \' deyilerek gözardı edilmişdi.

«Külek Kimi Keçdi » adlı kitabıyla tanınan yazıçı Margaret Mitchellin, bu kitabının 38 defe redd edilmesinden sonra çap edilmişdi.


Oxunub: 422 defe