Sağlamlıq :: Hamile qalmağa dair 10 en faydalı meslehet

15-07-2015 16:48

Hamile qalmaq üçün meslehetler
Bu bölmede, körpenizi dünyaya getirmek qerarını verdikden sonra, siz ve partnyorunuz üçün hamile qalmaq şansınızı artıracaq ve bedenizi hamileliye hazırlayacaq 10 meslehet verilmişdir.

1. Her gün 400 mkq fol turşusu elavesi qebul etmekle başlayın.
Fol turşusu körpenin sinir borusu qüsuru ile doğulmasının qarşısını alır. Sinir borusu beyinle onurğanı birleşdirir ve mayalanmadan 16-18 gün sonra formalaşmağa başlayır. Eger normal formalaşmasa, spina bifida (ikili onurğa) kimi qüsurlar ola biler. Fol turşusu ve hamile qalmaq haqqında etraflı melumatı burada oxuyun.

2. Hamilelikden önce sağlam pehriz saxlayın.
Müxtelif qidalar qebul etmek sağlam hamileliye hazırlaşmaq üçün size lazımi qidalandırıcıları temin edecek. Siz ve partnyorunuz gündelik olaraq terevez, meyve, yağsız protein ve taxıl növleri daxil olmaqla müxtelif növ sağlam qidalar yemelisiniz. Evvelceden hazırlanmış ve qızardılmış qidaları qebul etmeyin ve şekerin miqdarını azaldın. Hamilelikden önce sağlam pehrizin​ ehemiyyeti haqqında burada oxuyun.

3. Sağlam çeki elde edin.
Heddinden artıq az ve ya çox çekide olmağınız hamile qalma ehtimalınızı azalda biler, buna göre de sağlam çekiye nail olmağa çalışın. Heddinden artıq çekide olmağınız, hamilelik erzinde yüksek qan tezyiqi ve şeker xesteliyinin yaranmasına sebeb ola biler.

4. Siqaret çekmeyi dayandırın
Siqaret çekmek hamile qalmaq imkanlarınızı azaltmaqla yanaşı doğulmamış körpenizin sağlamlığına tehlüke yarada biler. Siqaret çekenlerin uşaqsalma ve ya erken doğum ehtimalları daha çoxdur ve onların körpelerinin aşağı çekide doğulması, ani körpe ölümü sindromu (SİDS) ve körpelerin ilk 6 aylıq heyatında teneffüs problemleri yaşama tehlükesi artır. Siqaret çekmek, hemçinin, kişilere de tesir ede biler, buna göre de, partnyorunuzu da siqareti tergitmesini teşviq edin. Dostlarınızdan ve ailenizden etrafınızda siqaret çekmemeyi xahiş edin, çünki ikinci el siqaret de zererli ola biler.

5. Spirtli içki qebulunu mehdudlaşdırın
Eger hamile qalmağı planlaşdırırsınızsa, spirtli içki qebulunu tamamile dayandırın ve ya minimuma endirin. Hamilelik zamanı spirtli içkiler ümumiyyetle istifade olunmamalıdır. Heddinden artıq spirtli içkinin sperma keyfiyyetine tesir etdiyini nezere alaraq, kişiler de spirtli içki qebulunu azaltmalıdırlar.

6. Bütöv sağlamlıq müayinesinden keçin
Mexmerek ve toksaplazmoz kimi bezi xestelikler hamile qadınlar üçün xüsusile tehlükelidir. Buna göre de, eger hamile qalmağı planlaşdırırsınızsa, bunu hekiminize bildirin ki, o sizi hamile qalmazdan evvel esas analizlerden keçirsin. Eger siz müntezem olaraq derman qebul edirsinizse ve ya mövcud tibbi narahatlığınız varsa, size elave qulluq lazım ola biler. Cinsi yolla keçen xestelikler de hamile qalma imkanlarınızı azalda biler. Bu xesteliklerden bezilerinin elametleri yoxdur. Buna göre de, tehlüke olduğunu düşünürsünüzse analiz vermeyiniz en yaxşı üsuldur. Hamile qalmaq qerarı verdikden derhal sonra meslehet üçün hekiminizle elaqe saxlayın.

7. Rahat olun
Stress isteyi ciddi derecede azalda biler, bu da o demekdir ki, siz ve partnyorunuzun cinsi elaqede olmaq üçün ehval ruhiyesi az olacaq. Ciddi stress, hemçinin, sperma ifrazını azalda biler, buna göre de her gün vaxt ayırıb istirahet edin. Sakitleşdirici masaj, bir neçe deqiqe meditasiya ve ya kitab oxuma sakitliyi qorumağa kömek ede biler.

8. Müntezem olaraq idmanla meşğul olun
Müntezem olaraq idmanla meşğul olma çekini saxlamağa ve stressi azaltmağa kömek edir. Formada olmaq hamileliyin ve doğuşun fiziki teleblerini yerine yetirmeye kömek edir.

9. Dar şalvarlar geyinmeyin
Bu kişiler üçün vacibdir! En keyfiyyetli spermanı ifraz etmek üçün, yumurtalıqların istiliyi beden tempraturundan aşağı olmalıdır. Buna göre de, kişi mehsuldarlığını artırmaq üçün boş alt paltarları ve şalvarlar geyinin, isti vanna ve duş qebul etmeyin, notbukları ayaqlarınızın üstüne, mobil telefonları şalvarın qabaq ciblerine qoymayın.

10. Müntezem olaraq cinsi elaqede olun
Hamile qalmaq, her ay elverişli vaxtı tutmaq üçün her iki-üç günden bir cinsi elaqede olun. Gün erzinde ve ya ovulyasiya erzinde hamile qalma imkanlarınızın yüksek olmasını nezere alaraq, tez - tez cinsi elaqede olmağınızdan narahat olmayın.


Oxunub: 3305 defe