Sağlamlıq :: Yumurtalığın funksional kistaları

15-07-2015 16:49

Yumurtalığın kistası – yumurtalığın sethinde ve ya daxilinde olan boşluqlu (içerisi maye ile dolmuş kiseşekilli şiş) töremelerdir. Hazırkı dövrde bu, kifayet qeder yayılmış xestelikdir.
Yumurtalıqların fealiyyeti barede qısa melumat verek. Yumurtalıqların işini idare eden hormonların tesiri altında mayalanma üçün bir ve ya bir neçe follikul yetişerek böyümeye başlayırlar.

Müeyyen bir müddetden sonra bir ve ya bir neçe follikul daxilinde yumurta hüceyresi daşıyan yetişmiş follikula çevrilir. Hormonların tesiri altında yetişmiş follikul partlayır ve bu zaman yumurta hüceyresi qarın boşluğuna düşür. Follikul mayesi öz axarı ile yumurta hüceyresini uşaqlıq borusunun qıfşekilli hissesine istiqametlendirir. Müvafiq şertler daxilinde mehz uşaqlıq borusunda mayalanma baş verir. Dağılmış follikulun yerinde sarı cisim emele gelir ki, o da aktiv şekilde progesteron hormonu ifraz etmeye başlayır. Mayalanma baş vermedikde ise sarı cisim yumurtalıqda 10-14 gün yaşadıqdan sonra mehv olur ve neticede menstruasiya (aybaşı) baş verir.

Bu, normal halda bele olur. Bezen ise bu ve ya başqa sebeblerden bu prosesde pozğunluq baş verir. Meselen, içerisinde yumurta hüceyresi olan follikul müeyyen bir anda \"donur” ve özünün sonrakı inkişafını dayandırır. Müeyyen dövrde inkişafını dayandırmış bu follikul, onun hüceyreleri terefinden qadın cinsi hormonlarının artıq derecede hazırlanması neticesinde, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bezen 6 sm-dek çata bilir. Bu zaman yumurta hüceyresi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometriumun qalınlaşaraq inkişaf etmesi baş vermir ki, bunun da neticesinde aybaşı 10-15 gün müddetine lengimiş olur. Bu, kistanın emele gelmesinin bir variantıdır.
Bundan elave, başqa variantlar mövcuddur. Meselen, sarı cisim sakitce \"solmaq” evezine süretle inkişaf etmeye başlayır, aktiv şekilde progesteron hazırlayır ve bunun neticesinde sarı cismin kistasına (ve ya lyüteyin kistasına) çevrilir.

Kistaların emele gelmesinin esas sebebi qadın orqanizminde olan hormonal pozğunluqlardır. Yumurtalığın fealiyyeti neticesinde emele gelen kistaların müalicesine, adeten, heç bir ehtiyac olmur (hekimler bu kistaları funksional kistalar adlandırır). Adeten funksional kistalar bir-iki aybaşı tsikli erzinde öz-özüne sorulurlar. Kistalar sorulduqda deyişilmiş aybaşı baş verir – adi halda olduğundan daha çox ve ya az miqdarda qanaxma olur ve ya daha uzun müddet erzinde cinsi yollardan cüzi qan ifrazı ile müşayiet olunur.

Funksional kistalar kiçik ölçülü olduqda, adeten, heç bir elametle özünü büruze vermir ve tesadüfen ultrases müayinesi (USM) zamanı aşkar edilir. İri funksional kistalar ise qarının aşağı hissesinde ve cinsi akt zamanı ağrılara sebeb ola bilerler. Bu halda qadınlar mütleq hekime müraciet etmelidirler.

Eger müayine zamanı qadında yumurtalığın kistası müeyyen edilerse, hekim onu bir-iki aybaşı tsikli erzinde nezaretde saxlayır. Nezaret dövründe qadın qarının aşağı hissesine isti tetbiq edilmesi ile olan müalice üsüllarından (palçıq müalicesi ve diger bu kimi üsullar) istifade etmemelidir! Çünki bu zaman kiçik çanaq üzvlerinin - hemçinin yumurtalıqların qan dövranı güclenir. Buna ise yol vermek olmaz! Çünki bu zaman kistanın böyümesi ve son neticede partlaması baş vere biler. Bele xestelere sauna ve isti hamama getmek, isti vanna qebul etmek olmaz. Onları ilıq duş altında yuyunmaqla evez etmek olar. Güneş vannalarını ise seher saat 11-dek ve axşam saat 18-den sonra qebul etmek olar.

Növbeti aybaşından sonra qadın yeniden ultrases müayinesinden (USM) keçir. Ekser hallarda növbeti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli derecede kiçilir, daha növbeti aybaşından sonra ise bütünlükle yox olur. Sorulma baş vermediyi halda ise qadına hormonal preparatlarla müalice yazılır. Bu müalicenin neticesinde yumurtalığın kistası, adeten, sorulur. Eger yumurtalıq kistanın müalicesi üç ay erzinde effekt vermirse, bu halda onu cerrahi yolla xaric edirler.


Oxunub: 1240 defe