Sağlamlıq :: Eroziyanın ev şeraitinde müalicesi

15-07-2015 16:50

1) Çaytikanı (Oblepixa) yağı.
10 gün erzinde çaytikanı yağında isladılmış tamponu her gece yatmamışdan evvel vaginaya yerleşdiririk.

2) Boranı ezmesi.
Boranıdan xalq tebabetinde geniş istifade edilir. Tam deymiş doranını ezerek, cuna ve ya bintin arasına bükerek tampon düzeldirik. Bu tamponu 10 gün erzinde her gece vaginaya qoyuruq.

3) Ketan toxumu.
Ketan toxumundan kisel hazırlayırıq. Bu kiselin üzerine 2 stekan çiy su elave edib vam od üzerinde qatılaşana qeder qaynadırıq. 14 gün erzinde her gece tampon düzeldib vaginaya qoyuruq.

4) Mumiya.
Eroziyaya mumiya da gözel tesir gösterir. Müasir dövrde her bir aptekden mumiya tapmaq asandır. 2,5 qram mumiyanı 0,1 litr suda hell edib, tamponu bu suda isladaraq vaginaya qoyuruq. Bu proseduranı 3 hefte erzinde davam etdiririk.10 gün ara verib, yeniden müaliceni tekrarlayırıq.

5) Palıd qabığı suyu ile yuyunma.
Palıd ağacının qabığını qaynadaraq, bu suyu günde 2 defe imale armudu vasitesi ile vaginaya vururuq.

6) Kalendula çiçeyinin qaynadılmış suyu.
Kalendula çiçeyinin yara sağaldıcı xüsusiyyeti hamımıza yaxşı melumdur. Kalendula çiçeyini 0,4 litr suda qaynadaraq, bu su ile 14 gün erzinde imale armudu vasitesi ile vaginaya vururuq.


Просмотров: 3315 раз