Quru yeməklər :: Kabab

Terkibi: 500 q çekilmiş et 100 q göy soğan 1 deste şüyüd 100 q soya sousu500 q qat-qat xemir 1/2 eded qırmızı şirin biber 1 eded yumurta 1 x.q küncüt 100 q pendir 3 diş sarımsaq 1/2 ç.q reyhan qurusu Hazırlanması: Eti çekib farş halına salırıq. Çekilmiş etin üzerine göy soğan, şüyüd, soya sousu, sarımsaq, reyhan qurusu ve duz elave edib qarışdırırıq. Bolqar biberini uzunsov doğrayırıq. İndi qat-qat xemiri yayıb dörd yere bölürük. Sonra ise xemirin üzerine eti yerleşdiririk ve etin de üzerine şirin biberi qoyuruq. Şirin biberin de üzerine yene çekilmiş et qoyuruq. Sonra ise xemirin üzerine yumurta çekib rulet kimi bükürük. Bükülmüş ruletin üzerine yumurta çekirik ve üzerine de küncüt sepirik. Sonra ise dilimleyirik ve kesilmiş rulet dilimlerini növbe ile taxta şişlere keçiririk. İndi ise rendelenmiş pendiri açıq duran ruletlerin üzerine qaşıqla seliqeli şekilde qoyuruq. Daha sonra ise yağlanmış soba listine yığılır ve sobada 20-25 deqiqe erzinde 200 derecede qızardılır. Kababımız hazırdır. Nuş olsun!


Oxunub: 481 defe