Konservləşdirilmiş məhsullar :: Feyxoa mürebbesi ve kompotu

Eziz xanımlar, bildiyinize göre hal-hazırda feyxoa mövsümüdür. Belke de bir çoxlarınız artıq qış tedarükünü etmisiniz. Men de hazırladım ve sizinle bölüşmek isteyirem. Terkibi: 1 kq feyxoa 1 kq şeker tozu Hazırlanması: Önce feyxoaları temiz yuyuruq. Sonra her iki terefini azca kesirik. Et maşınından iki defe keçiririk ve üzerine şeker tozu elave edirik. Unutmayın, feyxoa neçe kq-dırsa, şeker tozu da o qeder olmalıdır. Aldığımız qarışımı 5 gün serin ve qaranlıq yerde saxlamaq şertile gün erzinde bir neçe defe yaxşı-yaxşı qarışdırırıq. Beşinci günün sonunda bankalara yığıb soyuducuya qoyuruq. Budur, feyxoa mürebbemiz hazırdır. Hazırladığımız bu qarışım soyuqdeymenin dermanıdır. Zobdan eziyyet çeken insanlar bu qarışımdan her gün seher 1 çay qaşığı qebul etseler, faydasını görerler. Bu ise feyxoadan hazırladığım kompotdur. Hazırladığımız feyxoaları bankaya qoyub üzerine 1,5 stekan şeker tozu elave edirik. Sonra üzerine qaynar su elave edib 15-20 deqiqe qaynadırıq. Budur, kompotumuz da hazırdır. Nuş olsun!


Oxunub: 738 defe