Tortlar :: Çehrayı ürek tortu

Terkibi: Yumurta-2-3 eded Un-70 q Şeker tozu-160-200 q Kakao-1 x.q Vanilin-1 eded Qabartma tozu-eded Çiyelek-300 1 Yoqurt-300 q Qaymaq-200 ml Jelatin-2x.q Hazırlanması: Yumurtanı şeker tozunun yarısı ve vanilinle yaxşı-yaxşı qarışdırırıq. Kenarda kakao, un ve qabartma tozunu qarışdırıb yumurta qarışımının içine elave edirik. Aldığımız qarışımı silikon ürek formalı qaba elave edib 175-180 derecede 15-20 deqiqe bişiririk. Biskivit bişdikden sonra soyumasını gözleyirik. Çiyeleyi ezib qalan şeker tozu, yoqurt ve qaymaqla qarışdırırıq. Jelatini soyuq suda hel edib, par vannasında yumşalana qeder qızdırırıq. Sonra çiyelek kremine elave edirik. Alınan mehlulu ürek formalı silikon qaba elave edib soyuducuya qoyuruq. En az 3 saat orda donmalıdır. Alınan ürek formalı çiyelekli-qaymaqlı sufleni ürek formalı biskivitin üzerine qoyuruq. Zövqümüze göre bezeye bilerik. Çehrayı ürek tortumuz hazırdır. Nuş olsun! Bayramınız mübarek olsun, eziz xanımlar!


Oxunub: 575 defe