Hazırlanması: Xemir üçün: Un1 eded yumurta150 q "Möcüze" paket yağı1 ç.q quru maya 1 ç.q şeker kirşanıApardığı qeder süd Bir çimdik duz İçlik üçün: 500 q badam500 q şeker tozu Hazırlanması: Badambura Azerbaycanın milli şirniyyatlarından biridir. Her birimiz bilirik ki, bu şirniyyata dad qatan esas erzaq badamdır. Badamı bir gün evvelden hazırlasanız, daha gözel olar. Badamın üzerine qaynar su tökün. Belece qabıqları rahatlıqla temizlenecek. Xemiri hazırlayın. 1 çay qaşığı mayanı südde açın. Burada yarım kq un, yarım çay qaşığı şeker kirşanı, bir çimdik duz vurulub. Siz de sırf bu terkibden istifade ede bilersiniz. Sonra üzerine 150 qram yağı ve bir yumurtanı elave edin. Xemiri yoğurun. Süd lazım olsa, biraz da elave edin. Elece unu da lazım olduqca elave ede bilersiniz. Xemir hazır olandan sonra isti bir yere qoyun. Sonra ise içliyi hazırlayın. Badamı xırdalayın ve şeker tozu ile qarışdırın. Xemiri 4 kündeye ayırın. Her kündeni nazik halda açın. İsteyen kündenin sayını artıra da biler. Lavaşların arasına yağ vurmağı unutmayın. Her qatı yağlayın. Xemiri evvelce uzun-uzun kesin, sonra ise onu rulet kimi qatlayın. Amma sonacan qatlamayın. Her qatladığınız hisseden bir badambura çıxacaq. Ona göre de qatladığınız xemirin qalınlığına özünüz qerar verin. Sonra hemin hisseleri ovcunuzla basıb yastılayın. Arasına içlikden qoyub kenarlarını şekerbura kenarı kimi bağlayın. 2200C-de 20 deqiqe erzinde hazır olur. Hazır badamburaların üzeri qızarmır. Sonra ise üzerine şeker kirşanı eleyin. Nuş olsun!


Oxunub: 1410 defe