Tortlar :: Qaymaqlı tort

Terkibi: 500 q qaymaq (15%-lik) 200 ml "Möcüze" duru yağı 2 st. şeker tozu 2 eded yumurta 1 paket vanilin 3 st. elenmiş un 2 x.q kakao 1 ç.q soda (sirkede söndürülmüş) Krem üçün: 400 q qaymaq (30-35%-lik) 300 q yoqurt 1 st. şeker tozu 1 paket vanilin 1 banka ananas (konservileşdirilmiş) Hazırlanması: Evvelce yumurta ve şeker tozunu mikserle köpüklenenedek çalırıq ve bu arada duru yağı elave edib, yene çalırıq. Sonra çala-çala qaymağı elave edin. Unutmayın, bu erefede mikserden istifade etmeyeceyik. İndi ise un ve vanilini elave edin. Sonda ise söndürülmüş sodanı elave edin. Çox ehtiyatla qarışdırın. Qaba yağlı kağız serib un sepirik, hazır xemiri iki yere bölün ve birini qaba tökün. 180 derecede isidilmiş sobada 25-30 deqiqe bişmeye qoyun. İndi ise xemirin ikinci hissesine kakao elave edin, qarışdırın ve onu da yağlı kağız üzerine töküb bişirin. Biskvit hazır olduqdan sonra soyumağa qoyun. Sonra her biskviti iki ve ya üç yere bölün. İndi ise keçirik kremin hazırlanmasına. Qaymağı ve yoqurtu mikserle yaxşıca çalıb şeker tozu ve vanilin elave edib möhkem çalırıq. Kremden bir az saxlayın ki, tortun üzerini bezeye bilesiniz. Qarışdırdığımız qaymağa xırda doğranmış ananas elave edirik. Mikserde qarışdırdığımız qaymağı biskvitin üzerine ve yanlarına çekirik


Oxunub: 630 defe