Tortlar :: Gül sebeti tortu

Terkibi: Biskivit üçün: 5 eded yumurta 1 st şeker tozu 1 st un 1 paket qabartma tozu Vanilin Krem üçün: Qaymaq 33%li -350 q Moskarpone -500 q 1 fincan şeker pudrası Mastikanın alt kremi üçün: "Möcüze" paket yağı -200 q Qatılaşdırılmış süd -200 q Üzerindeki dekor işleri marzipandan hazırlanıb. Hazırlanma qaydası: İlk olaraq biskivit hazırlanır. Bunun üçün yumurta şeker tozu ile çalınır. Üzerine elekden keçirilmiş un, qabartma tozu ve vanilin elave olunur ve qaşıqla ehtiyatla qarışıdırılır. List yağlanır qarışıq liste tökülür 180 derecede bişirilir. Kremi hazırlamaq üçün lazım olan erzaqlar mikserle yaxşı-yaxşı çalınır. Tortun üzerine krem hazırlamaq üçün yağı mikserle çalıb qatılaşdırılmış süde qatılır. Qaymaqlı kremi biskivitin aralarına çekirik. İsteye göre aralarına meyve dilimleri de düze bilersiz. Biskivitin üzeri üçün ise qatılaşdırılmış süd ile olan krem çekilir ve soyuducuya qoyulur. Marzipanı elimizle yumşaldıb oxlovla yayırıq. Bir az böyük yaymaq lazımdı. Soyuducudan tortu çıxarıb üzerini marzipanla örtürük. Fiqurların kömeyi ile güller kesilir. Yarpaq formalı fiqurla yarpaqlar kesilir. Gülleri qurutmaq üçün yumurta qabları ela seçimdir. Orda daha rahat quruyur. Güller xüsusi tort üçün olan simlere berkidilir ve ezilmemesi üçün şekildeki qaydalara emel edilmelidi. Sebeti hazırlamaq üçün şekildeki formalar düzeldilir. Hamısı eyni olmalıdır. Ve şekildeki kimi yığılır. Artıq sebet hazırdır. Üzerine ise gülleri batırırıq. Buyurun, nuş olsun. Qoy heyatınız Bu tort kimi şirin, gülleri kimi gözel olsun.


Oxunub: 2062 defe