Duru yeməklər :: Göbelek şorbası

Terkibi: 1,5 litr bulyon 500 qr dondurulmuş göbelek 2 x.q. duru yağ 1 baş soğan 1 eded balaca yerkökü 1 eded kartof Duz, istiot. Hazırlanması: Hazır bulyonu ocağın üzerine qaynamağa qoyuruq. Göbeleyi paketden çıxarıb yuyuruq. Bulyona yuyulub temizlenmiş ve doğranmış göbelekleri elave edirik. Tavada soğanı qızardırıq. Bura yerkökünü de elave edib qızardırıq. Bu qarışığı şorbaya elave edirik. Hazır olmağa yaxın kartofu elave edirik. 5-7 deqiqe qaynadıb götürürük. Üzerine isteye göre göyerti elave edilir. Süfreye suxari ile verilir. Göbelek şorbamız hazırdır. Nuş olsun.


Oxunub: 430 defe