Duru yeməklər :: Kokos südünde balıq şorbası

Terkibi: (Yemek 4 nefer üçün nezerde tutulub) Biber tomatı üçün: 6-7 eded qurudulumuş biber 60 ml. su 4 diş sarmısaq 1/2 xörek qaşığı zire 1/2 xörek qaşığı üyüdülmüş keşniş Yarım limonun şiresi Diger erzaqlar: 800 qram balıq filesi (sümüksüz) 400 qram kokoslu süd 1 eded yarım baş soğan Zövqe göre duz Keşniş Hazırlanması: İlk önce biber tomatımızı hazırlayırıq. Qurudulmuş biberleri iri qaba tökürük, üzerine su elave edirik ve 5 deqiqe qaynadırıq. Ocaqdan götürürük, ardıcıl olaraq sarmısaq, zire, üyüdülmüş keşniş ve limon şiresi elave edirik. Daha sonra tomatı blenderden keçiririk. Soğanı xırda-xırda doğrayırıq. Tavaya 1 xörek qaşığı duru yağ tökürük, üzerine de soğanları elave edib qarışdıraraq az odda 4-5 deqiqe qızardırıq. Daha sonra hazırladığımız ve blenderden keçirdiyimiz biber tomatını elave edib 1 deqiqe qarışdırırıq. Üzerine kokoslu südü elave edib qaynamağa qoyuruq. Südümüz qaynayana qeder balıq filemizi xırda-xırda doğrayırıq. Balıqları bir qazana tökürük, zövqe göre duzlayırıq ve qaynayan mayenin üzerine tökürük. 10 deqiqe ağzı qapaqlı bişmeye qoyuruq. İsteye göre üzerine keşniş de töküb, düyünün yanında vermek olar. Nuş olsun!


Oxunub: 438 defe