Duru yeməklər :: Fransız sayağı şorba

Terkibi: 1 gül kelemi 1 eded soğan 1 eded kartof 1 eded yerkökü 1 eded kever Qaymaq 0.5 stekan "Zeytun bağları" zeytun yağı 1 yumurta sarısı 2 xörek qaşığı "Wellington" kere yağı Ceferi Duz, istiot Keklikotu Hazırlanması: İlk önce keverle ceferini keverin iri yarpağına bükürük. Soğanı, kökü yumru-yumru doğrayırıq, kartofu ve gül kelemini dörkünc şekilde doğrayıb elave edirik. Üzerine qaynar su elave edib 15-20 deqiqe qaynadırıq. 1 yumurtanın sarısı ile 3 xörek qaşığı qaymağı mikserle yaxşı-yaxşı qarışdırırıq. Gül keleminden qalan hisseni zeytun yağı ile qovururuq. Zövqe göre duz ve istiot elave edirik. Sonda 1 xörek qaşığı kere yağı elave edib oddan götürürük. Bişirdiyimiz terevez şorbasının üzerine 1 xörek qaşığı kere yağı, duz, istiot ve qaymaq elave edib blenderle qarışdırırıq. Sonda yumurta sarısı ile hazırladığımız mehlulu elave edib bir daha qarışdırırıq. Gül kelemi ile hazırlanmış fransız sayağı şorbamız hazırdır. Nuş olsun!


Oxunub: 476 defe