Duru yeməklər :: Düyü şorbası-Gürcü metbexi

Terkibi: 400 q dana eti 200 q düyü 2 eded pomidor 2 eded baş soğan 1 eded biber 3 diş sarımsaq 2 x.q tomat pastası 2-3 x.q "Möcüze" duru yağ 1 deste ceferi 2 litr isti su Edviyyatlar (utsxo suneli) 1 ç.q çekilmiş keşniş toxumu 1 ç.q kabab edviyyatı Qırmızı biber Duz Hazırlanması: Evvelce dana etini yuyun, qurulayın ki, et sulu qalmasın. Sonra tikelere ayırın ve bir az duz sepin, sonra da duru yağda qızardın. İndi qızarmış eti bir qazana yerleşdirin ve üstüne 2 litr isti su töküb qoyun bişsin. Tam bişib hazır olana qeder terevezleri yuyub temizleyin ve her birini xırda-xırda doğrayın. İndi duru yağda soğan ve sarımsağı qovurun. Sonra tomat pastasını elave edin, 3 deqiqeden sonra doğranmış pomidoru ve şirin biberi elave edib qarışdırın. Hamısı bir yerde qaynayandan 5 deqiqe sonra altını söndürün. İndi ise düyünu 4-5 defe yuyun ve et bişen qazana elave edin. Bu erefede edviyyatları ezin. Düyü 10 deqiqe bişdikden sonra da qovrulmuş soğanı elave edin. İndi qazana edviyyatları ve duzu elave edin. Yene 5 deqiqe qaynadıb altını söndürün. Tam hazır olanda üzerine xırda doğranmış ceferi elave edin. Dadlı düyü şorbamız hazırdır. Nuş olsun!


Oxunub: 855 defe