Duru yeməklər :: Macar şorbası

Terkibi: 700 q mal eti 100 q quyruq yağı 700 q kartof 300 q pomidor 250 q şirin biber 200 q soğan 2-3 diş sarımsaq 1 x.q çekilmiş qırmızı acı biber 1 ç.q keklikotu Duz, istiot Hazırlanması: Evvelce quyruğu xırda doğrayırıq. Sonra soğanı xırda doğrayırıq. Sonra eti tikelere ayırın. Sonra şirin biber uzunsov doğranılır. Pomidor kub şeklinde doğranılır. Sarımsaq xırda doğranılır. Kartof da doğranılır. İndi qazana doğranmış quyruğu tökün ve 50 q. soyuq suda qaynadın. Tam bişdikden sonra yağı çıxacaq ve özü qızaracaq. İndi ise quyruqları kefkirle çıxardın. Hemin yağa doğranmış soğan elave edin. Sonra qizarmiş soğanin üstüne çekilmiş qirmizi biiberi elave edin. Sonra da keklikotunu elave edin. Bir-iki deqiqe qovurun. Sonra doğranmış eti elave edin. Sonra etin üzerine duz, istiot sepin. Bir az qovurun (5-7 deqiqe). Üzerine bir az soyuq su elave edin, amma suyu hele çox tökmeyin. Qapağını örtüb qaynadın. Su qaynadıqdan sonra bir saat yarım müddetinde et bişmelidir. Sonra doğranmış kartofu elave edin. İndi qazana 2 litr ve ya 2 litr yarım isti su elave edin. Sonra doğranmış biberi elave edin ve 5-7 deqiqe qaynadın. İndi pomidoru elave edin. Sonda ise sarımsağı elave edin. Hamısı bir yerde qaynayandan 5 deqiqe sonra altını söndürün. Macar şorbamız hazırdır. Nuş olsun!


Oxunub: 674 defe